Icma.az
close
up
RU
"Ukraynanın uduzması, 50 ölkənin məğlubiyyəti olacaq" ŞƏRH

"Ukraynanın uduzması, 50 ölkənin məğlubiyyəti olacaq" ŞƏRH

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, noyabrın 7-də Tramp Parisdə Fransa prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdü. 20 dəqiqə davam edən danışıqlardan sonra yekun bəyanat verilmədi. Dünən isə Tramp özünün “TruthSocial” sosial şəbəkəsində Zelenski Rusiya ilə saziş bağlamaq istədiklərini bildirib. O qeyd edib ki, və təcili olaraq atəşi dayandırmaq və danışıqlara başlamaq lazımdır. Zelenski isə sosial media hesabında Trampın təklifini rədd edib. Maraqlıdır, ABŞ dəstəyini dayandıracağı təqdirdə, Ukrayna Rusiya ilə müharibəni davam etdirə biləcəkmi?

Mövzuyla bağlı Bakupost.az -ın sualını cavablandıran politoloq Oqtay Qasımov bildirib ki, Trampın son dövrlər verdiyi açıqlamalar fərqlənir.

"Biz görürük ki, “24 saata müharibəni bitirəcəyəm” deyən şəxs indi deyir, “bacarsam, bitirəcəyəm”. Yəni Trampın danışıqlarında kifayət qədər ciddi dəyişiklik baş verib. Zelenski bir müddət əvvəl ərazilərlə bağlı məsələdə güzəştə hazır olduğunu açıqladı. O açıq şəkildə bildirdi ki, Ukraynanın hazırda o gücü yoxdur ki, əraziləri qaytarsın. Bununla sətiraltı atəşkəsə gedə biləcəyini dedi", - O.Qasımov vurğulayıb.

Onun fikrincə, Tramp hazırkı vəziyyətdə Ukraynaya verilən dəstəyin Rusiyanı məğlub etməyə yetməyəcəyini düşünür:

"Ona görə də, Rusiya işğal elədiyi əraziləri öz əlində saxlamaqla atəşkəsə gedəcək. Ukraynanın da əlində Kursk vilayəti var, onu hansı əraziylə dəyişəcək, bu başqa bir mövzudur. Bundan əlavə, cəbhə xəttinə sülhməramlı qüvvələrin yerləşməsi də kifayət qədər problemli bir məsələ olacaq. Çünki burada Almaniya, Böyük Britaniya, Fransanın qüvvələri ola bilər”.

O.Qasımovun sözlərinə görə, ABŞ Ukraynaya dəstəyi kəsməyəcək:

“ABŞ dəstəyi azalda bilər, amma bunu Avropanın boynuna yükləyəcək. Dəstək azalsa, bu, təkcə Ukraynanın deyil, 50-ə qədər ölkənin məğlubiyyət olacaq. Nəticədə ABŞ-nin də, digərlərinin də bunun altından çıxması çətin olacaq. Ona görə də, inanmıram ki, Ukraynanı birdən-birə tərk edələr. Müəyyən məsələlərlə bağlı təzyiq edəcəklər ki, ərazilərin Rusiyada qalması şərtilə atəşkəsə gedilsin. Mən zənn etmirəm ki, Ukraynanı NATO-ya qəbul edələr. NATO-ya qəbul etmədən yaxın müttəfiq statusu verəcəklər.


ABŞ-nin verdiyi raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verilməsi də Baydenin təkbaşına verdiyi bir qərar deyildi. Çox gümün ki, Bayden bunu Trampla məsləhətləşmişdi”.


Rəhman Mirzəlizadə, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Dekabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri