"Veteran pulu" heç olmasa 2030 manat artırılsın DEPUTAT
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”, - o deyib.
Ombudsman Səbinə Əliyeva da "Veteran pulu"nun artırılması təklifi ilə çıxış edib.
“Müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır.
Eyni zamanda, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması zəruridir”, - deyə Səbinə Əliyeva qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 19 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















