"Votsap"dan daha bir YENİLİK: Artıq bu BƏHANƏ tarixə qovuşur
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın iOS versiyasına yeni funksiya əlavə edib.
Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, artıq istifadəçilər vacib mesajların unudulmaması üçün proqram daxilində birbaşa xatırlatma təyin edə biləcəklər. Məlumata görə, yenilik WhatsApp 25.25.74 versiyasında təqdim edilib. İstifadəçilər mesaj hissəsini basıb saxladıqda açılan menyuda "Mənə xatırlat" seçimini görə bilirlər. Buradan 2 saat, 8 saat, 24 saat kimi hazır vaxt aralıqlarını seçmək, həmçinin fərdi tarix və vaxt təyin etmək mümkündür.
Bu funksiya xüsusilə işgüzar yazışmalarda və gündəlik tapşırıqların icrasında mesajların unudulmasının qarşısını almaq üçün nəzərdə tutulub.
WhatsApp-da mesaj xatırlatma funksiyasından istifadə qaydası:
Xatırlatmaq istədiyiniz mesajı uzun basın;
Açılan menyudan "Daha çox..." bölməsinə daxil olun;
"Mənə xatırlat" seçimini işarələyin;
Vaxt intervalını müəyyən edin.
Yeni funksiya yaxın günlərdə bütün iOS istifadəçilərinə təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 19 Sentyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















