"Yaxşı sponsorumuz olsa..." Azər Məmmədov
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının 9-cu turu çərçivəsində "Kəpəz" "Şəfa"ya 2:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib:
"Matçdan əvvəl heyətlə bağlı itkilərimiz var idi. İlk hissədə daha yaxşı oynadıq və qol vurmağa layiq idik. Rəqib təzyiq göstərdi və hesabı açdı. Bundan sonra oyun modelimizdə müəyyən dəyişikliklər etdik. Düşünürəm ki, qələbəyə layiq idik.
Yaxşı nəticələr seriyası yaxalamışıq. Amma daha çox çalışmalıyıq. Çatışmazlıqlarımız kifayət qədərdir, hərçənd yavaş-yavaş öz oyunumuzu tapırıq. İnkişaf var. Daha yaxşısını edə bilərik.
Qış fasiləsinə qədər belə davam etsək, bu, bizim üçün uğurlu olacaq. “Kəpəz” hələ yüksək yerlər uğrunda mübarizəyə hazır deyil. Yaxşı sponsorumuz olsa, iddialı komandaya çevrilə bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Oktyabr 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















