Icma.az
close
up
RU
Quranın orijinal dili ərəb dilidir ... Müqəddəs kitabı ərəbcə oxumaq mütləqdirmi? İlahiyyatçı şərh edir

Quranın orijinal dili ərəb dilidir ... Müqəddəs kitabı ərəbcə oxumaq mütləqdirmi? İlahiyyatçı şərh edir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çox zaman deyilir ki, Quran İslam dininə sitayiş edən hər bir millətin, xalqın öz dilində oxunmalıdır. Yəni Quranı ərəbcə oxumaq lazım deyil. Hətta Quranın müxtəlif avazlarla, muğam notları ilə oxunmasının əleyhinə olanlar da çoxdur.

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qurani-Kərim Allahın kəlamıdır və Məhəmməd Peyğəmbərə (s) məhz ərəbcə nazil olub.

“Bu, təsadüfi deyil. Allah buyurur: “Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə anlayasınız” (Yusuf, 2), həmçinin “O (Quran) açıq-aşkar ərəb dili ilə nazil oldu” (Şuəra, 195). Deməli, Quranın orijinal dili ərəb dilidir və bu dil, Allahın kitabının təhrif olunmadan qorunması üçün seçilmişdir.

Peyğəmbərimiz (s) Quranı səhabələrə təcvidlə, yəni hər hərfin, hər səsin düzgün tələffüzü ilə öyrədib. Təcvid sadəcə avaz və musiqi deyil, kəlamın orijinalını qorumaq üçün elmi qaydalardır. Məhz bu səbəbdən, Quran 1400 ildən çoxdur ki, bir hərfi belə dəyişmədən nəsildən-nəslə ötürülüb2-deyən ilahiyyatçı bildirib ki, ibadət zamanı – namazda və rəsmi tilavətlərdə Quran mütləq ərəb dilində oxunmalıdır. Çünki Peyğəmbər (s) belə edib, səhabələr belə edib, ümmətin bütün alimləri belə hökm verib. Əgər hər kəs Quranı yalnız öz dilində oxumaqla kifayətlənsə, bir neçə nəsil sonra orijinal tilavət unudular və hər tərcümədə fərqli mənalar yaranardı. İmam Şafii “Namazda Quran yalnız ərəb dilində oxunar, tərcümə ibadətin yerini tutmaz” deyirdi”-deyən ilahiyyatçının fikrincə, ancaq bu da o demək deyil ki, Quranın mənasını öyrənmək lazım deyil.

“Əksinə, hər bir müsəlman onun tərcüməsini oxumalı, ayələrin mənasını anlamalı və həyatına tətbiq etməlidir. İbn Abbas deyirdi: “Quranı oxuyub anlamayan, bir kitabı əlində tutub içindəkindən xəbərsiz olan adama bənzəyər”. Ona görə düzgün yol budur. Quran ibadətdə və rəsmi tilavətdə ərəb dilində oxunur, amma paralel olaraq tərcüməsi oxunub mənası dərk edilir. Bu yolla həm ilahi kəlamın orijinalı qorunur, həm də onun verdiyi əbədi mesajlar həyatımızda yaşayır”-deyən Əkrəm Həsənov vurğulayıb ki, həmçinin Quran yarışmalarında Quranın ərəbcə avazla oxunması Quranın toxunulmazlığını və dəyişilməzliyini bildirir.

İlahiyyatçının fikrincə, ərəbcə bilənlər də oxunan Qur'anın mənasını başa düşürlər, Quran yarışmalarında avazla oxunan Quran tam doğru oxunur və çox gözəl də başa düşülür.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri