“Quraqlıq təbii fəlakətlər sırasına daxil olunmalıdır”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Artıq iqlim dəyişiklikləri iqtisadiyyata və kənd təsərrüfatına çox ciddi təsir göstərir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Son illərin statistikasına baxsaq, kənd təsərrüfatı aşağı-yuxarı 3%-in ətrafında inkişaf edib. Amma bu ilin 8 ayının göstəricilərinə görə, artıq 1%-ə yaxın enmə var. Bu sahəni dəstəkləmək nəzərindən aparılan araşdırmaların nəticələrinə istinad etsək, hər il kənd təsərrüfatına təqribən orta müddətə 5 milyon manata qədər vəsait ayrılsa, 12 məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar.
İqlim dəyişiklikləri fermerlərə ciddi ziyan vurur. Ona görə də quraqlığın təbii fəlakət sırasına daxil olması istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm”, - deyə millət vəkili qeyd edib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Sentyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















