Icma.az
close
up
RU
Qurban Allaha yaxınlaşmaqdır…

Qurban Allaha yaxınlaşmaqdır…

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Qurban” sözünün lüğəti mənası “yaxınlaşmaq” deməkdir. 
Qurban - bəndənin Allaha hər şeyi ilə, ağlı ilə, düşüncəsi ilə, niyyəti ilə, əməli ilə, ruhu ilə, varlığı ilə yaxınlaşmasıdır. Və ən əsası həmişə qurban düşüncəsi içində qalmasıdır.
Müsəlman bir heyvanı qurban kəsməklə əslində özü qurban olur. Heyvan vasitədir, qurban olan, yəni Allaha yaxınlaşan qurban kəsənin özüdür.
Qurban, yəni qulun Allaha yaxınlaşması qul üçün mənəvi yüksəliş yoludur. Qurban vermək hissi insanlığın fitrətində var. Demək olar ki, bütün dinlərdə Allah üçün qurban vermək anlayışı var. Ən gözəl və ən xeyirli qurban anlayışı isə İslamın əmr etdiyi qurbandır.
Qurban - insanı dünyanın cazibəsindən, dünyəviləşməkdən qurtaran ibadətdir. Qurban şüuru - malın, mülkün, hər şeyin Allaha məxsus olduğunu öz ruhunda təsdiq etmək və Allahın verdiyindən Allahın rizasına, yəni sevgisinə, rəğbətinə nail olmaq üçün Onun ehtiyac sahibi olan bəndələrinə verməkdir.
İslam terminoloğiyasında “müqərrəb” adlanan bir söz var. Bu söz müəyyən mənəvi dərəcəyə yüksəlmiş, Allaha yaxınlaşmış möminlər haqqında deyilir.
Allaha yaxınlaşmaq, əlini, ayağını, dilini, gözünü, qulağını, ağlını, iradəsini, istəyini, hisslərini özününkü deyil, Allahın əmanəti kimi görməkdir. Bu şüurla yaşamaq Allaha təslimiyyətin ən gözəl nümunəsidir, hər cür günahdan qurtulmağın ən etibarlı rəhnidir və nəhayət, öz istəklərini deyil, Allahın istəklərini öz həyatında rəhbər tutmaqdır.
Qurban - təkcə heyvan kəsmək deyil, bəndənin Allaha yaxınlaşmaq niyyəti ilə işlədiyi hər bir əməl qurbandır.
Qurban Bayramı atmosferindəyik. Qurbanlar kəsiləcək, evlərdən evlərə paylar gedəcək. İnsanlar bir-birilərinə dəyər verəcəklər: verən alana, alan verənə dəyər verəcək…
Kəsilən heyvan onda qurban vasitəsi, qurban yolu olur ki, onu kəsənin niyyəti Allaha yaxınlaşmaq olur.
Allah bizə qurban şüuru nəsib etsin. Qurban zövqünü yaşayanlar qurban şüuru içində olanlardır…
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri