Icma.az
close
up
RU
“Allaha əmanət, Türkiyəm!”

“Allaha əmanət, Türkiyəm!”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir qrup Azərbaycan jurnalistinin 41 il əvvəl qardaş ölkəyə ilk səfəri

Bu günlərdə Zaqatalada yazıb-yaradan həmkarım Elmira Mehdiyeva zəng vuraraq, Vatsap nömrəmi soruşdu. Səbəbini belə izah etdi ki, 1984-cü ilin dekabrında bir qrup Azərbaycan jurnalistinin Türkiyəyə 2 həftəlik səfəri barədə “Zaqatala” qəzetində dərc olunan yol qeydlərini mənə göndərmək istəyir.

Bu, xoş xəbər idi, axı, mən də həmin unudulmaz səfərin iştirakçısı olmuşam. Bir neçə dəqiqədən sonra Elmira xanım rayon qəzetinin bir neçə nömrəsində dərc olunan yol qeydlərinin elektron variantını mənə göndərdi. Yazı sevgi və məhəbbətlə yazılmışdı. Ürəyimdə “halal olsun!” dedim.

...Xatirələr bir anlığa məni həmin illərə qaytardı. Sözügedən səfər 1984-cü ilin 12-26 dekabr tarixlərində baş tutmuşdu. Azərbaycan jurnalistlərini təmsil edən 25 nəfərdən ibarət qrupda, səhv etmirəmsə, Elmira xanım, aramızda ən cavanımız idi. Çox saf, istiqanlı idi, hamı xətrini çox istəyirdi.

Yadımdadır ki, səfərə biz böyük həvəslə hazırlaşmışdıq. Türkiyəni ziyarət etmək o illərdə sıradan bir hadisə deyildi. Bu şansa görə özümüzü az qala bəxtəvər sanır, düzünü desəm, bir az da öyünürdük. Hətta dost və tanışlarla söhbət zamanı, bəzən yeri düşdü-düşmədi, fəxrlə tezliklə Türkiyəyə yola düşəcəyimizi söyləyirdik.

Nəhayət, arzuladığımız gün gəlib çatdı. Bakı aeroportunda bir araya gəlib Moskvaya uçduq. Ertəsi gün “İl-86” təyyarəsi isə bizi Ankara aeroportuna çatdırdı. Günorta vaxtı idi. Ankara qonaqları sulu qar ilə qarşıladı. Amma bu, bizi zərrə qədər də narahat etmirdi. Axı, əziz və doğma Türkiyə torpağına qədəm basmışdıq.

Böyük həvəslə türkcə “qonuşmaq” istəyirdik. Yerli sakinlər biləndə ki, Bakıdanıq, gəlişimizə sevinir, şirin türk ləhcəsində bizə “mutlu səyahət” arzulayırdılar. Qrupumuzun rəhbəri Azərbaycan Jurnalistlər Birliyinin sədri mərhum Hacı Hacıyev qardaş ölkə barədə dərin biliyə malik idi. Türkiyənin tarixi, mədəniyyəti haqqında böyük həvəslə söz açırdı.

Türkiyədə qaldığımız 2 həftə ərzində biz çox böyük şəhərlərdə aparıcı qəzetlərin redaksiyalarında, teleşirkətlərdə həmkarlarımızın iş şəraiti ilə tanış olduq, təcrübə mübadiləsi apardıq. Bəzi redaksiyalarda bizə müəyyən maliyyə çətinlikləri ilə üzləşdiklərini bildirirdilər. Bizim qəzetlərin dövlət tərəfindən maliyyələşdirildiyini eşidəndə xeyli təəccübləndilər.

1984-cü ilin sonlarında Türkiyə iqtisadiyyatında köklü islahatlar başlanmışdı. 1 il əvvəl baş nazir seçilən Turqut Ozalın başçılıq etdiyi hökumət milli sahibkarlığın inkişafına hər cür dəstək verirdi. Özəl sektor dirçəlməyə başlamışdı. Bir az qabağa qaçaraq deyim ki, sayın T.Ozalın iqtisadiyyatda liberallaşdırma xətti öz bəhrəsini verdi. Türkiyə onun iqtidarı dönəmində xeyli irəli getdi.

1993-cü ilin mayında T.Ozalın qəfil vəfatından sonra ölkədə yenidən iqtisadi geriləmə başlandı. Tez-tez baş nazirlər dəyişsə də, ölkəni kəskin böhrandan xilas etmək mümkün olmurdu. Yalnız 2002-ci ilin fevralında parlamentə keçirilən seçkilər zamanı gənc siyasətçi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu AKP-nin iqtidara gəlişi ilə ölkədə sürətli inkişafa start verildi.

Bu gün Türkiyə dünyanın sayılıb-seçilən ölkələrindən biridir. Qlobal siyasətdə öz sözü, çəkisi olan güclü dövlətdir. İkinci Qarabağ müharibəsinin ilk günündən son anadək Azərbaycana hərtərəfli dəstək verib. Ankara hər zaman Azərbaycanın yanındadır. Türkiyə bu gün Zəngəzur dəhlizinin açılması üçün Bakı ilə birlikdə gərgin diplomatik səylər ortaya qoyur.

Yenidən 1984-cü ildəki ziyarətə qayıtmaq istəyirəm. Uzaq yol yoldaşlığı insanları bir-birilə dostlaşdırır. Türkiyə səfərdən sonra ayrı-ayrı toplantılarda Elmira xanımla görüşəndə macal tapıb bir-iki kəlmə ilə də olsa, həmin unudulmaz günləri xatırlayır, dünyasını dəyişən səfər yoldaşlarımızı anır, qalanlara cansağlığı diləyirik.

Yeri gəlmişkən, Elmira Mehdiyeva son illər böyük həvəslə “Xalq qəzeti” ilə əməkdaşlıq edir, sakini olduğu bölgənin mədəni həyatı, ziyalıları barədə redaksiyamıza maraqlı yazılar göndərir. Bu yaxınlarda XQ-nin səhifələrində milli mədəniyyətimizin tacı olan Şuşaya səfəri barədə geniş yazısı dərc olunub.

...Təəssüf ki, həyat təkcə sevincli anlardan, xoş xatirələrdən ibarət deyil. Bəzən acı, üzücü xəbərlər də eşidir insan. Bu günlərdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması və 20 türk hərbçisinin həlak olması xəbəri hamımızı çox sarsıtdı. Sosial şəbəkələrdə Elmira xanım da, mən də bundan çox üzüldüyümüzü bildirdik, “Başın sağ olsun, Türkiyəm!” yazdıq.

Mahnılarını çox sevdiyim türk müğənnisi Fateh Kısaparmağın məşhur bir bəstəsi yadıma düşdü: “Allaha əmanət, Türkiyəm!”. Fateh bu mahnını həyat yoldaşı Şəbnəm xanımla birlikdə böyük şövqlə oxuyur. Mənim də bu an qəlbimdə bu gözəl arzu bir dua, nida kimi səslənir: Allaha əmanət, Türkiyəm!

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri