Icma.az
close
up
RU
Qurban Qurbanov: 60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm

Qurban Qurbanov: 60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Məşqçi olmaq çox çətindir. Əgər mən bu gün öz peşəmi sevmirəmsə və hörmət etmirəmsə, heç vaxt yaxşı məşqçi ola bilmərəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında çıxışı zamanı deyib.

Mütəxəssis bildirib ki, məşqçi həm lider, həm də menecer olmalıdır: “Fikrimcə, məşqçi hər zaman lider olmalıdır, xüsusilə futbolda bu xüsusiyyət daha önəmlidir. Cavabdeh bizik. Son qərarları həmişə baş məşqçi verir. Futbolda belə bir anlayış var ki, komanda qalib gəlibsə, futbolçular qalib gəlib, məğlub olubsa, baş məşqçi məğlub olub. Bu yanaşmanı həmişə qəbul etmişəm. Məşqçi həmişə idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara maksimum dəstək göstərmək lazımdır. Düşünürəm ki, 60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm. Elə detallar var ki, məşqçi idmançıları daim nəzarətdə saxlamalı və özü də fiziki olaraq çalışmalıdır”.

Q.Qurbanov futboldakı mövcud problemlərdən də danışıb: “Bu yaxınlarda Türkiyənin Antalya şəhərinə getdik və orada şəraitin çox yaxşı olduğunu gördük. Bilirsiniz ki, futbolda ən önəmli şey ötürmələrdir. Biz məşqi yaxşı olmayan meydançada həyata keçirsək, nəzərə alaq ki, hər futbolçunun təxminən 50 ötürmə etməsi çox çətin olacaq. Belə hallar idmançının keyfiyyətini aşağı salır, onlar psixoloji olaraq ruhdan düşürlər. Bu baxımdan biz Avropa futbolundan geridə qalırıq. Bu barədə daim fikirlərimi bildirirəm. Şərait yoxdursa, idmançı inkişaf edə bilmir”.

Onun sözlərinə görə, Azərbaycanda istedadlı gənclər kifayət qədərdir: “Arzulayıram ki, ölkəmizdə yalnız idmanda yox, bütün sahələrdə ən yaxşı mütəxəssislər yetişsin”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Mart 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri