Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Azı qərar, çoxu zərər...

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Özümü tam rahat, soyuqqanlı apara bilmirdim Qurban Qurbanov

Özümü tam rahat, soyuqqanlı apara bilmirdim Qurban Qurbanov

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Ferentsvaroş"a 2:3 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu iki görüşün nəticəsinə görə 5:4 hesablı üstünlük əldə edərək liqa mərhələsinə vəsiqə qazanıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılamadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə şükür Allaha ÇL-in əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən daha böyük futbolu görmək, daha böyük oyunları görmək üçün təbrik edirəm. Onları təbrik edirəm. Cənab prezident də bizi rəsmi təbrik edir. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, bizim kimi o da gözləyirdi böyük turnirdə Azərbaycanı görmək üçün. Başda cənab prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bir daha bu da göstərdi ki, gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı. Futbolçularıma da qayıdıram. Özünüz də gördüz ki, Gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi. Əvvəlki vaxtlar da olmuşdu, bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idi. Onlara təşəkkür edirəm. Bəlkə də ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. sizlərə təşəkkür edirəm. İllərdir həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsüz".

- Rəqibin qıcıqlandırıcı açıqlamaları var idi. Siz, oyundan öncə futbolçularınıza oyundan qabaq nə dediniz?

Kartlarım həmişə açıqdır.Fikirlərim hansı yöndə gedirdisə, mətbuat konfransında demişdim. Daha çox soyquqanlı davranmalı olduğumuzu, rəqibin qıcıqlandırıcı müsahibələrinə fikir verməməli olduqlarını demişdim. Bunu düşünərək, işimizi qursaq, uğur əldə edə bilmərik. Belə böyük oyunlar soyuqqanlılıq tələb edir. İstək çox olsa, futbolçular "yana" bilərlər. Daha çox cəsarət, ağıl tələb etmişəm. Həm cəsarətli, həm ağıllı olmaq daim vacibdir. İstənilən nəticədə oyundan qopmalı deyildik.

- Bəlkə də yeri deyil, tələsik sualdır. Liqa mərhələsində hansı stadionda oynayacaqsız?  

Düzünü desəm, hələ belə qərar verilməyib. Bəlkə məni aşan məsələdir. Ola bilər ki, hamı bu işdə iştirak etməlidir. ÇL-in çox ciddi tələbləri var, həm ot örtüyü, həm də əlavə lazım olan detallar. Əgər BOS-da oynamaq...Oradakı durumu bilmirəm. Qalan şeylər qaydasındadır. Sadəcə orada son vaxtlar tədbirlər olub. Həm AFFA, həm digər qurumlar tərəfindən təklif olarsa orada oynamağa hazırıq.

- "Qarabağ" tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldı. 8 ildən bu tərəfə nə dəyişdi?

İldən-ilə hər şey dəyişir, futbol da dəyişir. Sadəcə 8 ildən sonra o turnirə qatılmaq, 7 ildən dəyişdiki, qrupa düşdük. Futbolun dəyişən tərəflərini xırdalasam, bizim üçün böyük problemlər ola bilər. Bəzən xarakter, bəzən birlik belə uğur əldə etməyə gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə, geridə qalan illərdə o dəyişiklik olur.

- Bu məğlubiyyət sizin üçün gözlənilirdi? Bu gün olması daha yaxşı idi, nəinki növbəti matçlarda? Komanda ilə ayrıca söhbət edəcəksiz?

Mən bəlkə bu cür oyunlara fərqli yanaşıram. Oyunlar olub, uduzmuşuq, amma şərəfli uduzmuşuq. "Ferentsvaroş" da çox bərk komanda idi. Bu gün burada qalib də gələ bilərdi. Sadəcə onlar bu gün bu qələbəni haqq edirdilər. Onlar ÇL-də oynamağa haqq edirdilər. Öz futbolçularıma irad bildirməyəcəm. Geridə qalan günlərdə, son 3 gündə onların yanında idim. Hansı hisslər keçirdiklərini gözəl bilirdim. Oyun yaxınlaşdıqca gərginlik çoxalırdı. Mənim özümdə gərginlik var idi. Futbolçular bunu bəlkə hiss edirdilər. Özümü tam rahat, soyuqqanlı apara bilmirdim. Yəqin hiss edirdilər. Onları təbrik edirəm, bağrıma basdım. Sabah bazada bir daha bağrıma basacam.

- 2017-ci ildə ÇL-ə düşəndə "Qarabağ" 3 transfer gətirmişdi. Bu dəfə kimlərisə icarəyə götürəcəksiz?

Futbolçularımızın sayını çoxaltmaq istəyirik. Xüsusilə də, hücum xəttində. Hər gün işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Transfer xətrinə transfer istəmirdik. İstədiklərimiz alınmasa, ən azından siz deyən varianta gedərik ki, ölkə daxilində problemlərimiz olmasın. Yükləmələrimiz çoxalacaq. Bu gün bu hiss olunurdu. ÇL-də 5 oyun oynamaq çox böyük yükləmədir. Həm fiziki, həm də psixoloji tərəfdən. Get-gedə çoxalacaq. Allah qorusun, zədəsi var. Futbolçu sayı lazım olacaq ki, hər iki turnirdə sağlam oyunçuları əlimizdə saxlayaq. Olsa, edəcəyik, olmasa bu futbolçularla davam edəcəyik. Ancaq çox ciddi iş gedir.

- "Braqa" ilə oyundan sonra sual vermişdim ki, sizin göz yaşlarınızı görmək üçün hansı uğur lazımdır? Bu gün o sevinc göz yaşlarınız növbət dəfə o sevinc göz yaşlarını görmək üçün hansı anları görmək lazımdır?

Hardan gördüz ki? Gizlədirdim axı. Özümü saxlayırdım. Təki, belə sevinc göz yaşları olsun. Emosiyalardan irəli gələn bir şeydir. Hər bir halda, çalışmalıyıq ki, bu uğurla dayanmayaq. Daha yeni uğurlar əldə etməyə. Bunun üçün daha çox iş saatı lazım gələcək. Yorulmamışıq, gücümüz var. Daha çox çalışmalıyıq. Göz yaşları adi çempionat oyununda ola bilər. Mən özüm istəmirəm ki, belə hal olsun, göz yaşlarım olsun. Amma qaçılmazdır. Dünya futbolunda da olan maraqlı hadisədir. Görək də. 

- Emmanuel Addai sanki zəif idi. Artıq çəki də hiss olunurdu...

Gəlin, bu gün heç bir futbolçunu müzakirə etməyək. Bu gün mənə sərbəstlik verin. Addai pis çıxmadı. Gərginlik yaratdı. 15-20 dqəqiqə meydanda idi. Çəkisi də normaldır. Belə oyunlarda sonradan meydana çıxmaq heç də asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Hamısının bugünkü uğurda çox böyük payı var.

- Bu cür qələbədən sonra siz necə qeyd edirsiz?

Mənim rayondan qardaşlarım gəlib. Bəlkə də harada oturacaqlarını yazıblar. Ora gedəcəm(güür). Musa müəllim aşağıda düşdü. AŞağıda məni qucaqldı. Gedəcəm böyük qardaşlarımın yanına, onları qucaqlayacam.

- U-19 komandanız da ÇL-də iştirak edəcək. Planlarlar müzakirə olunacaq?

Lazım olsa, Aftandil müəllim, ya baş məşqçi dialoq aparsa, fikir bildirə bilərəm. Amma məncə, ehtiyac yoxdur. Belə oyunlarda sərbəstlik daha önəmli olur. Klub və mən onların yanında olmağa çalışacağıq.

- ÇL-də konkret hədəf nə olacaq?

Qrupdakı hədəf haqda düşünməmişdim. Hədəf ora düşmək idi. Püşk atılsın, sonra fikir bildirərik. Bu cür oyunlar ölkə futboluna inam daha da çoxalır. Futbolçular daha da böyüyür. Çox böyük təcrübədir. Hər bir futbolçunun arzusudr ki, ən böyük turnirdə iştirak etsinlər. Ən azından 3-4 böyük klub olacaq, onların 1-2-ni Bakıda görəcəklər. Bu da futbolun sevilməsi üçün böyük addımdır. Həm AFFA, həm klublar, həm dövlət səviyyəsində futbola ola bilər ki, futbola daha da böyük maraq olsun. Bunu hamının canlı görməsi bizim işimizə rahatçılıq gətirir. ÇL-ə kənardan TV_dən baxırıq. Amma böyük insanlar, böyük işlər görəndə, fərqli olur. Ümumi Azərbaycan futbolu üçün böyük.

- Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, həm də azarkeşi olduğunuz "Barselona" ilə qarşılaşmağı necə təsəvvür edirsiz?

Bilmirəm. Amma hər şey ola bilər. Mənim üçün böyük təhlükə olardı, "Barselona" ilə olar. Amma sizlər və azarkeşlərə görə sevinərəm ki, onlar Bakıda olacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Avqust 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see543

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see410

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see295

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see188

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see155

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see141

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see139

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see138

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see136

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see131

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see131

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see131

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see130

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see130

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see129

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see129

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see127

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see125

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see125

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri