Qurban Qurbanov: Abdolbari Gozalın Qarabağ ın və mənim üzərimdə çox böyük əməyi olub
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Onun "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışarkən deyib.
52 yaşlı mütəxəssis klub funksionerinin vəfatının ağır itki olduğunu söyləyib:
"Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Həyatda atdığı hər addımı düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".
Qeyd edək ki, "Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri olan Abdolbari Gozal yanvarın 18-də, 75 yaşında vəfat edib. O, “Qarabağ” klubunun fəxri prezidenti idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















