Qurban Qurbanov: “Bacardığımız qədər hazırlaşmışıq”
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Kopenhagen" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Sevindirici haldır ki, böyük turnirin, böyük futbolun Bakıda ilk oyunu keçiriləcək. Həm sevincliyik, həm də çox həyəcanlı, məsuliyyətliyik. İlk oyunda bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində bu oyuna maraq çoxdur. Bu oyuna bacardığımız qədər hazırlaşdıq. Vaxtımız az idi. Bu gün imkanımız olacaq ki, hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, Futbolçuların öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaqlar, azarkeşlərimizi sevindirməyə çalışacaqlar".
Baxış sayı:59
Bu xəbər 30 Sentyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















