Icma.az
close
up
RU
Qurban Qurbanov: çəpikdən təpiyə qədər...

Qurban Qurbanov: çəpikdən təpiyə qədər...

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qurban Qurbanov həmin o “məşum” 28-ci dəqiqədə planşetlə top kimi davranıb dəqiq zərbə ilə çilik-çilik edəndə mən də bir an çaşıb qaldım.

Ağlıma gələn ilk fikir bu idi ki, əşşi, futboldu da, emosiyasız olmur. Oyun bitdi, minimal fərqlə uduzan “Qarabağ” kuboku qazanmaq şansını çətinə saldı, epizodun videoyazısına baxmaq imkanım oldu. Amma təkcə videoyazıya yox, həm də son vaxtlar “Qarabağ” və Qurban Qurbanov ətrafında yaşananlara. Beləliklə, cəmi bir il əvvəl hər kəsin çəpik çaldığı baş məşqçi bu gün planşetə, əslində isə onu qəzəbləndirən kimlərəsə, nələrəsə təpik vurur...
Bəribaşdan deyim ki, Qurban bəyin emosiyalarını məhz belə ifadə etməsi şəxsən məni təəccübləndirmədi. Bütün ölkəyə səs salan daha qəribə hərəkətləri olub; özü də bilir, idman jurnalistikasının saç-saqqal ağardan nümayəndələri də. Gəlin əvvəlcə bu məqamı razılaşdıraq: penalti təyin olunan kimi belə hərəkət etməyin heç bir məntiqi izahı yoxdu. Yetərincə legitim penaltidi, qol olsa belə, sənin və komandanın oyunu xilas etmək üçün vaxtın var, hələ mən aprelin 23-də keçiriləcək cavab görüşünü demirəm.
“Qarabağ”ın “sükanı arxasında” 17-ci ilini tamamlamağa hazırlaşan Qurban bəy etiraf etsə də, etməsə də, ölkədaxili turnirlərdə məğlubiyyətləri qəbul etmək onun üçün get-gedə çətinləşir. Bəli, “Zirə” ilə xal fərqi o qədər böyükdü ki, ağdamlıların tezliklə növbəti çempionluğu rəsmiləşdirəcəyinə şübhə etməyə dəyməz. Amma yeni nəsil məşqçiləri get-gedə Qurbanova daha inadla müqavimət göstərir, ona “əlcək atır”, gec-tez “taxtını laxladacaqları” ilə bağlı siqnallar verirlər. Və ortada Qurban bəyin məhz “Araz-Naxçıvan”la martın 8-də keçirilən oyundan qalan kəskin narazılığı var. Onda Felipe Santos qovuldu, dava düşdü, oyundan sonra “Qarabağ”ın oyunçularına cəza yağdı, çoxları münaqişənin böyüməsinə görə Naxçıvan yox, Ağdam klubunu qınadı. Hələ bir qədər irəli gedib həmin gün, yəni martın 8-də qızışdırıcı rolunu oynayan Benzyanın bu dəfə “yanması” arasında hansısa səbəb-nəticə əlaqələri də axtarmaq olar. Amma bütün bunları hələlik bir kənara qoyaq.
Mən məşqçi, bundan da çətin sınaqlarla üz-üzə qalmış futbol adamı Qurban Qurbanovu iliyimə-sümüyümə qədər anlayıram, emosiyalarını məhz bu şəkildə ifadə etməsini, planşeti çilikləməsini qəbul edirəm. Amma bu hərəkəti edən həm də AFFA İcraiyyə Komitəsinin üzvüdü, milyonlarla azərbaycanlının büt, ideal, tövbə-əstəğfürullah, Allah kimi baxdığı biridi. O, Azərbaycan futbolunun obrazını dəyişib, bacarıqlı mühəndis kimi gerçək bir “qələbə maşını” qurub, Azərbaycan futbolundan söz düşəndə indi ən çox işlədilən ifadələrdən biri də budu: “Qarabağ” və başqaları”. Bu üzdən hər şeyi etmək, istənilən cür davranmaq lüksü yoxdu!
Qurban bəy müxtəlif komandaların hakimiyyəti dövründə iki dəfə İcraiyyə Komitəsində yer alıb və mən hər dəfə bunun əleyhinə olmuşam. Sadə, primitiv şəkildə anlatmağa çalışacam: eyni şəxsin həm gündəlik icra, həm də qanunverici fəaliyyətlə məşğul olması absurddu, anlaşılmazdı, nonsensdi! Yox, sadəcə, baş məşqçi olsun, onda planşeti təpikləməsi də anlaşılacaq, başqa demarşları da. İndi isə qəribə durum yaranıb: AFFA İntizam Komitəsi Qurban bəyi – özündən yuxarıda dayanan orqanın təmsilçisini cəzalandırmalıdı. Mən ölüm, bu necə olur ki? 21-ci əsrin 25-ci ilində demokratiya oyunu oynayırıq, ya nə?
...Öz aramızdı, planşetə zərbə mükəmməl idi. Sanki Qurbanov serblərin qapısından ikinci topu keçirirdi!
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Aprel 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri