Icma.az
close
up
RU
Qurban Qurbanov: Bəlkə də ən az imkan əldə etdiyimiz oyun idi

Qurban Qurbanov: Bəlkə də ən az imkan əldə etdiyimiz oyun idi

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bəlkə də ən az imkan əldə etdiyimiz oyun idi".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 29-cu turu çərçivəsində səfərdə "Zirə" ilə (1:0) keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis oyunun gərgin keçdiyini bildirib: "Futbolçular matçın sonunda yorulmuşdular, çox zəhmət çəkdilər. Rəşad Sadıqovu təbrik etmək istəyirəm. Hər oyundan-oyuna daha da mübarizli komanda formalaşdırır. Rəqib ağıllı müdafiə qurmuşdu. Bəlkə də ən az imkan əldə etdiyimiz oyun idi. Düşünülmüş hücumları var idi. Onlara uğurlar arzu edirəm".

O, Kadi Borgesin gəlişindən sonra Yassin Benziyanın mövqeyinin dəyişməsindən söz açıb: "Onun həmin mövqedə oynamasından razıyam, çünki oyunu oxuya bilir. Bu gün ola bilər daha yorğun idi. Tək o yox, bir çox futbolçular yorğun idi. Ümumən Benziyanın çıxışından razıyam, mənim istədiklərimi meydanda verən futbolçudur".

Qurbanov Kadi Borgesin zədələnərək əvəzlənməsi barədə danışarkən vurğulayıb ki, ağrıları var idi deyə özü çıxmaq istədi: "Böyük ehtimal ciddi olmayacaq. Ayağında şiş var idi. Növbəti günlərdə durumunu daha ətraflı biləcəyik".

Baş məşqçi Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Araz-Naxçıvan"la oyunda planşeti qırmasına görə AFFA İcraiyyə Komitəsi tərəfindən cəzalandırılmamasını şərh edib: "Nəyə görə cəzalanmalı idim? Nə hakimin üzünə etiraz etdim, nə də meydana girdim. Epizoda baxsaq görərik ki, tək hakimə yox, həm də öz futbolçuma hirslənirəm. Çünki belə bəsit epizodlarda daha dəqiq olmalı idi. Oyundan kənar epizod idi. Ziyanı da özümüzə vurmuşam".

Qurban Qurbanov Azərbaycan Premyer Liqası və Azərbaycan Kuboku oyunlarında əcnəbi hakimə ehtiyac olmadığını deyib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Aprel 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see197

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see187

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see162

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see157

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see147

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see146

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see142

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see139

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see135

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see132

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see131

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see128

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see128

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see127

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see127

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see127

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri