Icma.az
close
up
RU
Qurban Qurbanov: Bəlkə futbolçuların hamısı qaldı

Qurban Qurbanov: Bəlkə futbolçuların hamısı qaldı

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXVIII turunda keçirilən "Turan Tovuz" – "Qarabağ" (1:4) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Bəlkə də ən gərgin oyunlarımızdan biri idi. Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Oyuna kimi Medina cəmi 2 dəfə məşq etmişdi. Komanda şəklində normal məşqimiz olmamışdı. Vacib qələbə idi. İlk hissədə meydanda öz yerimizi lazımi məqamda doldura bilmirdik. Belə atmosferdə oynamaq xoş idi. Düşünürəm ki, yaxşı başlanğıc oldu.

– Keyfiyyət baxımından istədiyiniz səviyyəyə çatırsız?

– Xeyr, hələ ona illər lazımdır. Belə sıx qrafikdə oynayan bizim üçün bu asan deyil. Biz Avropada çıxış edən komandalarda görə bilmişik ki, keyfiyyət hansı səviyyədə olur.

– Bu gün "Turan Tovuz"un əsas korpusunun açılışı oldu, amma sizi görmədik. Dəvət olunmamışdız?

– Oyuna hazırlaşırdıq. Belə də çox önəmli deyildi. Dəvət olsaydı da komandamı atıb gedə bilməzdim.

– Bu mövsüm "Turan Tovuz"u bu matça qədər məğlub edə bilməməyinizin gərginliyi var idi?

– Olmamış olmaz. Gərginlik var idi.

– Hakimliyin səviyyəsi bu oyuna uyğun idi?

– Bəzi epizodlarda narazı qaldım. Künc və cərimə zərbələrində bir az narazılığım oldu.

– Buntiçə dekabrdan bu yana şans verilmir. Getməyə namizəddir?

– Qapıçı mövqeyi önəmlidir. Bəzən limitə görə şans ala bilmir. İnşallah ki, qarşıdakı oyunlarda olacaq.

– Millinin oyunlarından sonra Elvin, Nəriman və Toralın tənqid atəşinə tutulmasını necə qarşıladız?

– İstəməzdim. Futbolçularıma intizamlı olmağı tapşırmışdım. Narazılıqlar bəzən dialoqlardan qaynaqlanırdı. Nərimanla Toralın orada hər hansı əks fikir bildirmək düşüncəsi yox idi. Bəzən elə suallar verirsiz ki… Toral nə meydanda, nə də kənarda kiməsə qarşı etinasız olub. Eləcə də Nəriman. Ümumən pis düşüncəli olmayan uşaqlardır. Normal yanaşmalıyıq. Dəfələrlə belə müsahibələr almısız. Onlar belə uşaqlar deyil.

– Nərimanın adı "Molde"ylə hallandı, amma transfer reallaşmadı…

– Rəsmi təklif oldu, amma klublar arası razılıq baş tutmadı. 27-si transfer pəncərəsi bitirdi. Bizim üçün də tez bir zamanda qərar vermək çətin idi.

– Toral və Nərimandan danışdız. Bəs Elvinin problemi nədir?

– Nə sən bilirsən, nə də mən (gülür). Elə bil ki, qapana düşüb, heç nədən vərəqələr alır. Amma çox böyük səhvlər edir. Bir oyunçunun başına belə halların gəlməsi yaxşı deyil. 1-2 oyun düzəlir, sonra yenə eyni. Bu vərəqəni çox vacib oyunlarda alıb, məğlubiyyətin səbəbkarı olar.

– Heyətdə müqavilələri bitən futbolçularla danışıqlar aparmısız?

– Xeyr. Dəyişikliklər etmək istəyirik. Bəlkə futbolçuların hamısı qaldı və sadəcə yeni oyunçular cəlb etdik. Axtarışlarımız davam edir. Hər bir halda mayda qərarlar verəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://sport24.az
archiveBu xəbər 28 Mart 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri