Icma.az
close
up
RU
Qurban Qurbanov: BUNA YOX DEMƏZDİK

Qurban Qurbanov: BUNA YOX DEMƏZDİK

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"ni məğlub edib - 3:0.

Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Azarkeşlərə təşəkkür edirəm ki, stadionu tam doldurmuşdular. Sanki Çempionlar Liqasının oyunundaydılar. İlk oyundan başa düşdüm ki, biz çox məsuliyyətli olmalıyıq. Azarkeşlərin bizdən gözləntisi çoxdur. Bu, bizə əlavə motivasiya və məsuliyyət verdi. Futbolçularımı təbrik edirəm. Qələbə vacib idi. Buna baxmayaraq, narahatçılığım var idi. Ümumi oyun planında. Bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin ortalarında yorğunluq hiss olundu. Bəzi dəyişikliklərdən sonra temp qalxdı. Sonda da 3:0 qalib gəldik. Çox yaxşı müdafiə olunan komanda idilər, bir-birini düzgün sığortalayırdılar. Bizi çox yaxşı analiz etmişdilər. Hesab göstərdi ki, cavab oyununda məsuliyyətli olmalıyıq. Bu oyunun bir az gərgin keçməsi xeyrimizə olacaq. "Sabah"ı və "Zirə"ni təbrik edirəm. Çox yaxşı qalibiyyət oldu. Ümumi əmsallar da çoxalır. Bu da ölkə reytinqi üçün çox vacibdir. Hər bir komandamıza da uğurlar arzulayıram".

- Montielin kənarda qalması zədəyə görə idi?
- Xeyr, zədəyə görə deyildi. Hansısa futbolçu kənarda qaldısa, ola bilər ki, gələn tur oynasın. 

- Hansı mövqelər üçün aktiv çalışmalar gedir?
- Hazırda qapıçı mövqeyindən başqa mövqelər üçün axtarışdayıq.

- Julio Romao və Yassin Benziyanın geridönüşü baş tuta bilər? 
- Romao bildiyim qədərilə müqavilə bağlayıb. Benziya ilə bağlı fikir olmamışdı. 

- Əli Bəşirovla bağlı planlarınız necədir? Qarşıdakı oyunda eksperiment aparmaq istəyirsiz?
- İlk oyunlarda o qədər diqqətli olmalıyıq ki... Bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq, bəzi rotasiyalar etməliyik. Cavab oyununda hansı rotasiyalar edəcəyik, buna cavab verə bilməyəcəm. Beş hazırlıq günümüz olacaq, futbolçuların hazırlıq durumuna baxacağıq. Əli Bəşirova gəldikdə, hazırlığın ilk günündən bizimlədir. Maksimum şərait yaradacağıq ki, kollektivin içində tam olsun. İmkan olduqca, oynamağa şərait yaradacağıq. Qabiliyyətli, istedadlı oyunçudur. İndidən bu atmosferə uyğunlaşdırmağa çalışacağıq. Oynamasa belə, kollektivin içində olması, məsuliyyəti hiss etməsi, tapşırıqları görməsi onun üçün təcrübə olacaq. Futbolçu kimi inkişafına böyük kömək olacağıq. Hər bir gənc üçün maksimum şərait yaradırıq.

- Zakaria Savonun performansı haqda fikriniz necədir?
- Hələ bu, onun tam ideal forması deyil. Öz üzərində çox çalışmalıdır. Hansısa elementlərdə daha yaxşıdır, hansısa elementdə çatışmazlıq var. Duranın da özünəxas keyfiyyətləri var idi. Maksimum istifadə edirdik. O da olsaydı, pis olmazdı. 

- Elvin Cəfərquliyevin geri qayıdışı başqa klublara transferininin baş tutmaması ilə əlaqədardır, yoxsa onu bağışlamısız?
- Başqa klublara transfer olsaydı, alınsaydı, yox deməyəcəkdik. Ümumi belə, qayıtdı. Çox da geniş məlumat verməyə ehtiyac yoxdur. Bəzi görüşlər oldu. İstəmərik ki, hansısa futbolçumuz, azərbaycanlı, ya xarici olsun, futboldan kənar qalsın. Amma qayda-qanun var, hamımız buna əməl etməliyik. Lazım olanda sərt reaksiyalar da verməliyik. Bəzi görüşlərimiz oldu.

- Mateus Silvanın da gedəcəyi xəbərləri var...
- Bizimlə olacaq. Maraqlananlar var idi. 

- Əli Bəşirova rəsmi təklif olarsa, gedişinə şərait yaradacaqsız?
- 
Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Onun gələcəyi üçün faydalı təklif olarsa, yaxşı komandadan gələrsə, klub kimi mane olmayacağıq. Bəlkə də burada qalmağı xeyirli olacaq. Hər bir halda gəncdir. Onun gələcəyi üçün ən yaxşısı nədirsə, onu edəcəyik.

- Siz komandanın rəhbərisiz. Mediada onun haqda çox yazılması gələcəyinə problem yaratmaz?
- Mən komandanın rəhbəri deyiləm, baş məşqçisiyəm (gülür). İnanmıram ki, onda belə fikir olsun. Fərqli, özünəxas xasiyyəti, yaşam tərzi var. Gələcəyi üçün problem olacağını düşünmürəm. Ailəsində onunla ciddi ünsiyyət qururlar, klubda da onunla hamı öz övladı kimi davranır.

Ruan Renato: Komandaya qollarla kömək etdiyim üçün çox xoşbəxtəm Mərakeş millisində ciddi itki Aydın Bayramov: HEÇ NƏ HƏLL OLUNMAYIB “Zirə”nin matçında iki yubiley Rəşad Sadıqov: “5-10 dəqiqə ərzində çox şey dəyişə bilir”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 İyul 2026 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri