Icma.az
close
up
RU
Qurban Qurbanov: Çox gərgin il keçirdik

Qurban Qurbanov: Çox gərgin il keçirdik

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Qarabağ" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. Üç xal yerinə düşdü. "Qəbələ" bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Tsxadadze ilə rəqin  olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

- Kamilo Duran tez-tez sürüşürdü. Bu, meydançanın durumu ilə bağlı idi?

- Tək Duran yox, çox futbolçu sürüşürdü. Sonradan oyuna girəndə futbolçunun hazırlığı yüksək səviyyədə olmur.

- 2025-ci ili necə dəyərləndirirsiz?

- Çox yaxşı. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolçu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq. 

- İlin ən yaxşı futbolçusu kimi hesab edirsiz?

- Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını desəm, bəlkə də yanlışlığıa yol vermiş olaram. Kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Bəlkə də Bəhlul daha stabil oynadı. Elvin Cəfərquliyevin də yaxşı oyunları oldu. 

- Qışda komandanı tərk edəcək futbolçu olacaq?

- Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.

- "Qarabağ" Juninyo üçün rəsmi təklif göndərmişdi?

- Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi. 

- Pedro Bikalyonun adı Braziliya klubları ilə hallanır...

- Bəli, təklif olub. Bura "Qarabağ"dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da "başı" gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir.

"Fənərbaxça"nın prezidenti sərbəst buraxılıb Jorj Kaşkilya: "Məqsədimiz 1 xal qazanmaq idi" Rəşad Sadıqov: "Qışda kimisə transfer etmək çətindir" “Zirə”-“İmişli” matçında hesab açılmayıb - YENİLƏNİB Premyer Liqada noyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Dekabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri