Qurban Qurbanov: Daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ" Avropa Liqası Liqa fazasının 8-ci turu çərçivəsində sabah Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalitlərin suallarını cavablandırıb:
- Son matçımızdır. Çox ciddi rəqibə qarşı oynayacağıq. "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır. Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdür. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq.
- 16 ildir "Qarabağ"da çalışırsız. Bu müddət ərzində belə bir komanda yaratmaq üçün bu gücü haradan alırsız?
- Əlbəttə ki, asan deyil. Futbol kollektiv oyundur. İşin gedişatında daim dəyişikliklər olmalıdır. Yeni simalar, yeni futbolçular seçirsən. Mənim bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Bizim yaxşı rəhbərimiz, idarəçilərimiz var. Komanda formalaşdırmaqda həmişə mənim yanımda olublar. Mütləq şəkildə daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Əgər əziyyət çəkirsənsə, Allah mütləq əziyyətin qarşılığını verir.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 29 Yanvar 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















