Icma.az
close
up
RU
Qurban Qurbanov: “Elvin Cəfərquliyevə icazə vermişik ki…”

Qurban Qurbanov: “Elvin Cəfərquliyevə icazə vermişik ki…”

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının XXXIII turunda "Qarabağ" "Sumqayıt"ı məğlub edib - 4:3.

Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Futbolçularımı təbrik edirəm, son oyun olsa da, istəkli idilər. Ümumi olaraq yaxşı oyun göstərdilər. Maraqlı mövsüm keçdi. Demək olar, futbola xas hər şey oldu. Qələbələr, məğlubiyyətlər, yerdəyişmələr… maraqlı alındı. Sizləri, azarkeşləri narahat etmişiksə, üzürlü hesab edin. Futbol emosional oyundur. Bu gün də oyunun sonlarına yaxın gərginlik oldu. Bunlar futbolun sevilən tərəfləridir. Çalışıb, özümüzü daha sakit aparmalıyıq. Azarkeşlərimizə də təşəkkür edirəm, bu gün bizi dəstəksiz qoymadılar. Ümumiyyətlə, bütün matçlarda yanımızda oldular. Onlara bütün komanda adından təşəkkür edirəm.  Bir az istirahət edib, növbəti mövsümə hazırlaşacağıq. Yəqin, transferlərdən də suallar verəcəksiniz. İndidən deyim, işləyirik (gülür). Çempion olmasaq da, yaxşı mövsüm keçirdik.

– Əsas məsələ kimlərin qalacağı, kimlərin gedəcəyidir. Xüsusilə, Elvin Cəfərquliyevin durumu nə yerdədir?
– Gedəcək oyunçular açıqlanacaq. 1-2 günə daha dolğun açıqlama olacaq. Bizdən asılı olmayan məsələlər də var. Elvinlə bağlı danışıqlara açığıq. Bizimlə müqaviləsi var. Transfer məsələsi alınmazsa, növbəti qərarı sonra verəcəyik. Elvinə icazə vermişik ki, başqa klublarla danışıq aparsın.

– Artıq bir transfer etmisiniz. Daha kimlər gələcək?
– İş gedir, məlumatlar olacaq.

– Zakaria Savonun gəlişi dəqiqdir? 
– Müsbət danışıqlar gedir. Alınmaq ehtimalı böyükdür.

– Ramil Şeydayev gedir?
– Sabah qərar verəcəyik.

– Geriyə boylananda hansısa məqama görə təəssüflənmisiniz? Haqsızlıq və ya nəsə səhv…
– Haqsızlıqla bağlı danışmaq istəmirəm. Hakimlik məsələsinə gəlincə, onlar üçün çox ağır mövsüm keçdi. Bu il referilərdən çox danışıldı. Yəqin, tələblər də artıb. Bəzən elə gərgin matçlar oldu ki, bilmədilər nə qərar versinlər. Demək olar, hakimləri tənqid etməyən olmadı. Bu qədər çox müzakirə onlara təsir etdi. Düşünürdüm ki, onlar üçün mövsüm tez bitsə, daha yaxşıdır. Hər bir halda, hakimlik çox məsuliyyətli işdir. Diqqətli qərar verməyə məcburdurlar ki, başqa komandanın haqqına girməsinlər. Referilərə uğurlar, güc, qüvvət arzu edirəm. İstirahətə ehtiyacları var. Ümumi baxanda, “Qarabağ” tarixinin ən uğurlu ili oldu. Çempionlar Liqasında xallar qazandıq, pley-off mərhələsinə yüksəldik. Birinci Liqa mərhələsində 7 fərqli rəqiblə oynadıq, mərhələ adladıq. Bu, bizim üçün tarixi nəticə idi. Futbolçular çox yoruldular. Şükürlər olsun, vəzifəmizin öhdəsindən gələ bildik. Böyük futbolu fevralın sonuna kimi gördük, böyük həyəcan yaşadıq. Nəticələr futbolçulara da marağı artırdı, bir tərəfdən təklilər gəlməyə başladı, parçalandılar, amma güc tapıb, toparlandıq.

– Adınız “Beşiktaş”la hallanırdı. Maraqlıdır, təklif gəlsə, qəbul edərsiniz?
– Adımı çəkən hər kəsə təşəkkür edirəm. “Qarabağ”la müqaviləm var.

– Mövsümü həm çox maraqlı adlandıran da var, həm də əksini düşünən. Sizcə, bu mövsümə son illərin ən maraqlısı demək olar?
– Olar. Maraqlı il keçdi.

– Üç ay əvvəl “Qarabağ”ın adı dünya gündəmində idi. Amma indi bəzi fikirlər var ki, komanda uğursuz mövsüm keçirib. Bu, sizi məyus etmir?
– Özümə yox, futbolçulara görə bəzən pis oluram. Həqiqətən, onlar böyük güc sərf etdilər. Bunlar Azərbaycan futbolu adınadır. Vaxt var idi, Çempionlar Liqasında qrupa düşməyi arzulayırdıq. Amma bu futbolçular daha artığını bacardılar. Mövsümü uğursuz adlandırmaq olmaz. 7-8 ay böyük futbolu Azərbaycanda hiss etdik. Oyunlardan sonra maraqlanırdım, deyirdilər ki, restoranlarda, şəhərin mərkəzində böyük ekranlar quraşdırılıb, matçlarımıza baxıblar. Bunlar futbolda böyük sevinc idi. Digər idman növlərinə hörmətimiz var, onlara baxan say olaraq azdır, amma futbolu bütün dünya izləyir. Üstəlik, yaxşı nəticələrimiz də oldu. Ona görə bu mövsümü uğursuz adlandırmaq bizə yaraşmaz. ÇL-də qələbə arzulayırdıq, pley-off yaşadıq. TOP-5 ölkələrinin komandaları ilə qarşılaşdıq. Böyük klublar bizimlə maraqlandı, “Qarabağ” haqqında danışdı. Açığı, mənə mövsümlə bağlı narazılıq edən olmayıb, hər kəs təşəkkürünü bildirib. Düşünmürəm ki, kimsə mövsümə görə bizdən narazı qalsın. Sadəcə futbolçulara görə bəzən neqativ fikirlərə görə pis olurdum. Onların hər biri müxtəlif şəraitdə böyüyüb, inkişaf edib. Və burda “Qarabağ” üçün döyüşüb, tarixi nəticələr qazanıb. Lazım olanda vacib qələbələr qazanmışıq. Bəlkə, belə qalibiyyəti başqa gün əldə etsəydik, bu qədər maraqlı olmazdı.  Belə deyim, silahsız uşaqlar böyük döyüş qazandı.

– Bildirmisiniz ki, növbəti mövsüm “Qarabağ” ağırlığını ortaya qoyacaq. İstədiyiniz büdcə ayrılacaq?
– Büdcə ilə bağlı ciddi problem görmürəm. Çox istərdik ki, daha böyük işlər görək, amma bəzi reallıqları qəbul etməliyik. Tək büdcə məsələsi deyil, bəzi futbolçular düşünür ki, Azərbaycana gəlmək və daha sonra Avropaya getmək çətindir. Büdcə məsələsində problem yoxdur. Artıq Avropa “bazarı”na girmişik, lazım olanda futbolçuların tələb etdiyi məbləği verə bilirik. O cümlədən, bizdən də müəyyən məbləğ qarşılığında oyunçu almaq istəyənlər var. Artıq öz çempionatımızda da “transfer bazarı” aktivləşib.

– Bu gün altı futbolçu debüt etdi. Onlar haqda fikirləriniz nədir?
– Təəssüf ki, onları daim heyətə cəlb edə bilmirik. Ancaq hər məşqdə bəzilərinə yer veririk. Təlim-məşq toplanışında da iki-üç futbolçuya şans verəcəyik.

– “Qarabağ”ı Avropa Liqasının finalında görürsünüz?
– Yaxşı arzudur… Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Komandanı formalaşdırmaq üçün müəyyən vaxt lazımdır. İstəkli olacağıq, çalışacağıq ki, maksimum irəliləyək.

MPL: "Sabah" mövsümü qalib başa vurdu - YENİLƏNİB "Neftçi" "Kəpəz"lə matça bir itki ilə çıxacaq Cüdo üzrə Liqa yarışının II turu yekunlaşıb - FOTO I Liqa: Pley-offda nominal meydan sahibi bəlli oldu “Xankəndi” mükafatına nə zaman qovuşacaq?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://apasport.az
archiveBu xəbər 22 May 2026 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri