Elvin Cəfərquliyevə Türkiyədən təklif var
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elvin Cəfərquliyevin "Qarabağ"dan ayrılmaq ehtimalı hələ də yüksəkdir.
Sitat.info Azerisport.com-a istinadən xəbər verir ki, "Sumqayıt"ın sabiq baş məşqçisi Saşa İliçin rəhbərlik etdiyi Serbiyanın "Partizan" klubunun marağından əlavə, 25 yaşlı futbolçu Türkiyə Super Liqasında çıxış edən "Göztəpə"dən də təklif alıb.
Lakin hazırda "Qarabağ"ın heyətində Avstriya təlim-məşq toplanışında olan futbolçu, yekun qərarını cari komandadakı rolunun necə olacağını öyrəndikdən sonra verəcək.
Qeyd edək ki, aprel ayında E. Cəfərquliyev intizamsızlıq səbəbindən baş məşqçi Qurban Qurbanov tərəfindən mövsümün sonuna qədər əsas komandadan uzaqlaşdırılmışdı. Lakin sonradan məşqçi tərəfindən bağışlanan futbolçu, hazırda komanda ilə birlikdə Avstriyada yeni mövsümə hazırlaşır.
Onun "Qarabağ"la müqaviləsi növbəti mövsümün sonuna qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 30 İyun 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















