Icma.az
close
up
RU
Qurban Qurbanov: Heç kimdən küsməmişəm

Qurban Qurbanov: Heç kimdən küsməmişəm

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Səbail"i 4:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram.

- "Neftçi" ilə çempionat oyununa qədər hazırlıq üçün 8 gün vaxtınız var. Bundan 5 gün sonra isə "Araz-Naxçıvan"la kubok matçı gəlir. Balansı qorumaq mümkün olacaq?

- Yanvardan bu yana qədər, hətta son vaxtlar özüm hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq üçün vaxtımız yox idi. 4-5 gündən bir oyun oynayırdıq. 8 günlük hazırlıq bizim üçün çox faydalı olacaq. Futbolçular istirahət edəcək, çatışmazlıqları da aradan qaldıracağıq. Qarşıdakı oyunlar üçün 8 günün faydası olacaq. Çalışacağıq ki, düzgün faydalanaq. Bu günə qədər məşq ritmini tuta bilmirdik.

- Kubok oyununu düşünərək "Neftçi" ilə matçda hansısa rotasiya edə bilərsiz?

- Sıx qrafik olanda rotasiyalar edirik. Nə qədər imkanımız var, çalışacağıq ki, maksimum əsas heyətlə oynayaq. Əvvəlki oyunlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı matçlarda bunun sayı az ola bilər. Bu gün qalib gəlirdik, dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşacağıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. O matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik. 

- Kevin Medinanın oynamaması nə ilə əlaqədardır?

- Mateus Silvanı oynatdım. Limiti də nəzərə almaq lazımdır. O mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir. 

- Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?

- Düzü, sayını bilmirdim. Heç bir iclasa icazəsiz getmədiyim vaxt olmayıb. Bir gün əvvəl bildirmişəm. Hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən də bu barədə bildirmişdim. Çempionatda durumumuz yaxşı olsa da, işimizi daim ciddiyə alırıq. Oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Əvvəllər də söhbətim olmuşdu ki, işim asan deyil. Çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlamışıq.

- Oyunçu dəyişikliklərindən sonra qol şanslarınız azaldı. Meydana daxil olan oyunçular hazır deyildilər?

- Əksinə, qol epizodlarına heç də az girmədik. İstər-istəməz oyuna sonradan qoşulmaq asan deyil. Soyuq havada futbolçu bir az da ağır olur. Böyük hesab da var idi. Oyunçularımız çox istəkli idilər, dinamikanı daha da artırdılar.

- Emmanuel Addaiyə ümidlər böyük idi. Onun performansından razısız?

- Xeyr, razı deyiləm.

- Demişdiz ki, "Səbail"in meydançasında oynamaq çox çətindir. Bu gün dinamik oyun oldu. Süni ot örtüyündə oynamağa artıq alışmısız?

- Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə baxsaq, ən çox zədəlilər "Səbail"də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun oynayırıq. Amma ev sahibi məşqlər edir, oyunlara çıxır. Çox istəyərdim ki, təbii ot örtüyündə məşq edib, oynasınlar.

- Oyunboyu skamyadan çıxmadınız. Sanki küskün şəkildə oturmuşduz yerinizdə. Səbəb nə idi? 

- Öz yerimdə idim. Oyunlar olur ki, bəzən çox müdaxilə edirsən, bəzən sakit olursan. Heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. İşimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir.

- Növbəti mövsümdən Premyer Liqada klublara 3 yox, 2,5 milyon manat maliyyə vəsaiti ayrılacaq. Premyer Liqanın səviyyəsi aşağı düşməyəcək?

- Bəzi klublara təsir edəcək. Hansı ki, həmin klubların 500 minə də ehtiyacı var. Bu məbləğ bəzi klublar üçün oyunçu deməkdir. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Aprel 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri