Icma.az
close
up
RU
Narahat olmayın, heç kimdən küsməmişəm Qurban Qurbanov

Narahat olmayın, heç kimdən küsməmişəm Qurban Qurbanov

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Futbolçularımı təbrik edirəm. Hesabda öndə olsaq da, sona qədər oyununu tempini, dinamikasını qoruyub-saxladılar. Qapımızda qol gördük. Bu da rəqibin futbolçusunun ustalığı idi. Azarkeşlərə təşəkkür edirəm, daim komandanı oyuna səslədilər. Elvin Məmmədova da uğurlar arzulayıram".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 30-cu turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 

O, daha sonra oyun təqvimindən danışıb: "Yanvar ayından bu günə kimi özüm biraz hazırlıq proqramımızdan şikayətçi idim. Çünki normal məşq etmək üçün günlərimiz də olmurdu ki, çatışmayan şeylər üzərində işləyək. Dörd gündən bir, beş gündən bir oyun olurdu. Ümumi olaraq futbolçuları istədiyimiz kimi hazırlaya bilmirdik. Növbəti səkkiz gün, məncə, bizim üçün çox faydalı olacaq, inşallah. Həm oyunçular üçün istirahət vaxtı olacaq, həm də bəzi çatışmazlıqları yaxşılaşdırmaq istəyirik. Çəkinmədən oyunçulara yükləmələri verə biləcəyik. Bu günə qədər məşq ritmini tuta bilmirdik, disbalans var idi". 

Mütəxəssis qarşıda "Neftçi" ilə matçda rotasiyalar olub-olmayacağı ilə bağlı belə deyib: "Biz sıx qrafik olanda rotasiyalar edirik. Amma nə qədər imkanımız var, çalışırık ki, maksimum əsas, bir-birilərini yaxşı tanıyan heyətlə oyuna çıxaq. Əvvəlki matçlarda 5-6 dəyişiklik görürdüksə, qarşıdakı oyunlarda ola bilər ki, 1-2 olsun. Bu gün bəzi oyunçuları daha tez meydana buraxıb və dəyişiklik edə bilirdik. Hər iki turnirə çox ciddi hazırlaşırıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. Biz o matçlara qədər futbolçuların idman formasının aşağı düşməsinə imkan verməməliyik. Ona görə məşqlərdə və oyunlarda səviyyəni maksimum qaldırmağa çalışırıq". 

Q.Qurbanov futbolçusu Kevin Medinanın oynamamasından da söz açıb: "Sadəcə Mateus Silvanı oynatdım. Həm limiti nəzərə almaq lazımdır. Həm də o mövqedə Mateus da özünü yaxşı tərəfdən göstərir. Ona görə bu oyunlarda Silvaya maksimum şans verirəm. Görək mənim istədiklərimi, düşündüklərimi tam həyata keçirə biləcəkmi". 

O, "Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiniz. AFFA-nın nizamnaməsinə görə İK üzvü il ərzində 4 dəfə iclasda üzrsüz səbəbdən iştirak etmədikdə oradan kənarlaşdıra bilərlər. Sizcə, sizi üzrlü hesab edirlər? Növbəti iclasda sürpriz edib sizi İK-dən kənarlaşdırmazlar?" sualına belə cavab verib: "Düzü, sayını bilmirdim. Heç bir yığıncağa icazəsiz getmədiyim vaxt olmayıb. Həmişə əvvəlcədən bildirmişəm. İndi yadımdan çıxa bilər, amma hər birinə baxsaq, iclaslar oyun günümüzə düşüb. Bu gün komandanın məşqi də oldu. Dünən bildirdim ki, icazənizlə iştirak etməyim. Baxmayaraq ki, çempionatda durumumuz yaxşıdır, işimizi daim ciddiyə alırıq. Ona görə komandanın yanından oyun günü ayrılmaq istəmirəm. Bu, çox nadir hallarda olub. Bir-birimizz anlayaraq iclasda iştirak etməmişəm. Həm o addımı atmaram ki, üzrsüz səbəbdən getməyim ora. Həm də İcraiyyə Komitəsinə seçiləndə Rövşən Nəcəf və digər həmkarlarımla söhbətimiz olmuşdu ki, işim asan deyil və vaxtım o qədər olmur ki, daim iştirak edim. Amma çox istəyərdim ki, hər iclasda iştirak edim. Amma bəzi üzrlü səbəblərə görə orada olmamışam. Qarşılıqlı da bir-birimizi anlayırıq".

Mütəxəssis oyuna sonradan daxil olan futbolçularından da danışıb: "Deyərdim ki, onlar meydana daxil olduqlarından sonra qol epizodlarını heç də az girmədik. İstər-istəməz sonradan oyuna qoşulmaq asan deyil. Hətta bəzən soyuq havada futbolçu üçün bir az da ağır olur. Ola bilər, böyük hesab da var idi və istər-istəməz rahat idilər. Amma ümumi olaraq oyuna girən futbolçular çox istəkli idilər, dinamikanı daha da artırdılar. Ümumən razıyam". 

Q.Qurbanov oyunçusu Emmanuel Addaidən hal-hazırda razı olmadığını da bildirib. 

O, daha sonra süni ot örtüyündən söz açıb: "Süni meydançaya öyrəşməmişik və belə meydançada oynamaq istəmirik. Rəqibə də baxsaq, bəlkə də ən çox zədəlilər "Səbail"də olur. Süni örtükdə oynayan digər komandalarda da həmçinin. Biz ildə bu cür meydançada 4 oyun oynayırıq. Amma onlar həm məşqlər edir, həm daha çox oyunlara çıxır. Çox istəyərdim ki, onlarda təbii ot örtüyündə məşq edib, oynasınlar".

Mütəxəssis oyunboyu sakit olması barədə deyib: "Öz yerimdə idim. Elə oyunlar olur ki, bəzən çox müdaxilə etmək lazımdır, digər oyunlarda isə sakit olmaq məsləhətlidir. Bəlkə, oyunun gedişatına görə idi. Heç narahat olmayın, heç kimdən küsməmişəm. Nə özümdən küsmüşəm, nə də futboldan. Sadəcə işimiz oyunun gedişatına görə özümüzü idarə etməkdir".

Q.Qurbanov növbəti mövsümdın Premyer Liqa klublarına 3 milyon yox, 2.5 milyon manat verilməsi qərarını da şərh edib: "Bəzi 500 minə də ehtiyacı olan klublara təsir edəcək. Bu məbləğ bəzi klublar üçün bir neçə oyunçu və ya ilboyu hansısa məsələlərin ödənilməsi deməkdir. Təsir edəcək. Gərək əlavə sponsorlar tapsınlar. Tapmasalar, yəqin ki, hansısa problemlər olacaq. İstəyərdik ki, daha artıq məbləğ olsun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Aprel 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri