Icma.az
close
up
RU
Qurban Qurbanov: Hər halda o da istəyərdi ki, qol vursun

Qurban Qurbanov: Hər halda o da istəyərdi ki, qol vursun

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Şelburn"la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".

O, qarşılaşmanın 68-ci dəqiqəsində Kadi Borgesin yararlana bilmədiyi penalti zərbəsindən danışıb:

"Məncə burda futbolçunu güclü şəkildə tənqid edə biləcək nəsə yoxdur. Bəlkə kənardan rahat görünə bilərdi. Lakin futbol maçtlarında belə hallar yaşanır. Hər halda o da istəyərdi ki, qol vursun".

Q.Qurbanov heyətə yeni hücumçu cəlb etmək istədiklərini vurğulayıb:

"Hər dəfə bu barədə danışıram. Heyətdə olan futbolçularımıza güvənirəm. Onların hər biri bizim üçün dəyərlidir. Lakin yeni oyunçulara ehtiyac olacaq. Çünki minimum UEFA Konfrans Liqasında qrup mərəhləsini təmin etdik. Ən azı futbolçuların sayının artması baxımından heyətimizi gücləndirəcəyik".

Baş məşqçi ardıcıl 12-ci dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmağın sevindirici hal olduğunu xatırladıb:

"Azərbaycan xalqını minimum qışa qədər öz oyunlarımızla stadiona cəlb edə biliriksə, bu çox haldır. Artıq belə olan halda, valideyinlər öz uşaqlarını daha çox futbola yazdırmağa başlayırlar. Ölkəmizdə futbol inkişaf yoluna qədəm qoyur".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Şelburn" matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri