Icma.az
close
up
RU
“Hər bir halda futbolçularımın yanındayam” Qurban Qurbanov

“Hər bir halda futbolçularımın yanındayam” Qurban Qurbanov

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rəqibi təbrik edirəm. Çox vacib qalibiyyət əldə edərək növbəti mərhələyə çıxdılar. Onlara uğurlar arzulayıram”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsində Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzduqları sonuncu – VIII tur oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis avrokuboklardakı uğursuz çıxışa baxmayaraq, növbəti mövsüm üçün böyük təcrübə qazandıqlarını bildirib: “Stadionda yaxşı atmosfer vardı. Çox dinamik oyun getdi. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi. Onların ifasında bunu gördüm. Əfsuslar olsun ki, futbol səhvlər üzərində qurulub. Texniki səhvlərdən sonra qapımızda üç qol gördük. Hər bir halda Avropa Liqası bizim üçün bitmişdi. Düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq üçün builki oyunlar bizim üçün böyük təcrübə oldu. Ümumiyyətlə, Avropada futbol tamamilə dəyişir. Məncə, biz gələn il üçün böyük fayda əldə etdik. Hər bir halda futbolçularımın yanındayam. Ötən illərdə belə mərhələlərdən keçmişik, həm uğurlarımız, həm də uğursuzluqlarımız olub”.

Təcrübəli məşqçinin sözlərinə görə, futbolda hər il uğurlu olmaq mümkün deyil: “Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən, çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqi ilə hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqları görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən, komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların formasının da yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq”.

Qurban Qurbanov “Juninyonun satışından əldə olunan vəsaitlə “Qarabağ”a 1-2 milyon dəyərində hücumçu almağı düşünürsünüzmü” sualına isə belə cavab verib: “Məncə, bu sualın ətrafında danışmalı olsam, bir xeyli vaxt lazım olacaq. Juninyo haqqında onu deyə bilərəm ki, yaxşı oyunçu idi. Həmişə demişəm ki, sağlam futbolçuların sayı nə qədər çox olsa, mənim işim bir o qədər asanlaşır. Altı oyunun beşində məğlub olmuşduq. Həmin vaxt Juninyo da bizimlə idi. Matçlar olub ki, kimlərsə oynamasa belə, yaxşı nəticələr əldə etmişik. Ümumi oyunların gedişatına baxsaq, heç də zəif təsir bağışlamamışıq. Biz bu gün Juninyonun satışından əldə olunan 5 milyondan danışırıqsa, bu pulla işlərimiz düzəlməyəcək. Çünki hər il oynadığımız komandaların ümumi büdcələrini müqayisə etsək, biz son pillələrdə qərarlaşırıq. Ola bilər, kənardan görünür ki, hücum xəttində “dişsizlik”dir və yaxud digər mövqelərdə problemlər var. Bunadək 5 milyona oyunçu satmırdıq, ancaq keyfiyyətli komanda formalaşdırmışdıq. Bu gün də komanda keyfiyyətli oynayır, sadəcə uğursuz il oldu. Komandanı formalaşdırmaq haqqında aylardır düşünürük. Əfsuslar olsun ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Ancaq nələrisə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda vaxtımız olacaq. İnanıram ki, problemin 50 faizini həll edə biləcəyik”.(Azərtac)

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsini 3 xalla sonuncu pillədə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 31 Yanvar 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri