Icma.az
close
up
RU
Qurban Qurbanov: Mənim də yorğun vaxtlarım olur

Qurban Qurbanov: Mənim də yorğun vaxtlarım olur

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qarabağ" Misli Premyer Liqasının 29-cu turunda öz meydanında "Zirə"yə 1:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm".

- Benzianın hazırkı oyunundan nə dərəcədə razısız?

- Onun o mövqedə oynamasından razıyam. Meydandakı düşüncəsi, oyunu idarə etməsi, oyunu oxuması çox razıyam. Sadəcə bu gün daha yorğun idi. Top itkiləri çox oldu. Tək onda yox, digərlərində də var idi. Benziadan ümumən razıyam. 

- Kadinin zədəsi ciddidir?

- Özü çıxdı kənara, oynaya bilmədi. Böyük ehtimalla ciddi olmaz. Amma ayağında şiş var. Qarşıdakı günlərdə vəziyyəti bilinəcək.

- Ölkə kubokunun yarımfinal mərhələsini əcnəbi hakimlərin idarə etməsini dəstəkləyirsiz?

- Xeyr. 

- "Araz-Naxçıvan"la görüşdə planşeti sındırsanız da, AFFA İntizam Komitəsi sizi cəzalandırmadı. Sizcə, nüfuzunuzda çəkindikləri üçün sizi cəzalandırmadılar?

- Niyə cəzalandırsınlar? Hakimin üzünə etiraz etmədim, meydana da girmədim. Sadəcə ümumi epizoda dərindən baxsaq, tək hakimə əsəbiləşi bir şey yox idi. Öz oyunçumuza da əsəbiləşirdim. Kənarda oturası deyilik ki. Öz planşetimdi. Versələr də, problem yoxdur. Əgər haqlıdırlarsa, problem yoxdur.

- AFFA İcraiyyə Komitəsində fəaliyyətinizin bir ili tamam oldu. Sizcə, geridə qalan bir ildə Azərbaycan futboluna nə qədər fayda verə bildiz?

- Bir ilə nəsə etmək elə də asan deyil. Sadəcə ümumi gedişat necə olur, gələcəyə necə baxılır, orada olan müzakirələri nəzər alsaq, gələcək üçün xeyli işlər nəzərdə tutulub. Bir neçə ildən sonra bəhrəsini verəcək.

- AFFA İcraiyyə komitəsi son toplanışında aşağı yaş qruplarından ibarət yığma komandalarımızda uğursuz məşqçiləri vəzifəsində saxladı. Sizcə, səhv qərar deyil?

- Mənə İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediyaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır.

- "Zirə"dən 15 xal öndəsiz. Erkən çempion da ola bilərsiz. Bu barədə fikriniz necədir?

- 15 xal ciddi rəqəmdir. Bundan qabaq deyəsən 12 xal idi. Hiss olunur ki, futbolçularda arxayınçılıq var. Niyə üzərilərinə çox getmirəm? Neçə illərdir gərgin sezon keçiririk. Futbolçularda fiziki, psixoloji yorğunluq olur. Hətta futboldan sanki doyublar. O qədər yorğun olurlar. Bəzən belə oyunlarda sanki oynaması mənim gələcək planlarım üçün daha faydalı olur. İlboyu bunlardan nə qədər tələb etmək olar? Ciddi olmalıyıq, qalib gəlməliyik. 3-5 il o bazanı yığıb-saxlayır. Sonra tükənir. Futbolçularda indi o haldır. Özümü məşqçi olaraq çalışıram ki, toparlayım. Mənim də yorğun vaxtlarım olur. Oyunlara hazır olduğum vaxtlar olur. Vəziyyətin belə olması futbolçularıma da böyük faydası olacaq. Biri daha rahat çıxırlar meydana. Biz bütün oyunlara qələbə üçün çıxacağıq. O qələbə ruhunu qorumaq istəyirik.

- ÇL-ə 1-ci turdan başlamaq sizin üçün sərfəlidir, yoxsa 2-ci mərhələdən?

- Bizə sərf edən minimum 3-cü mərhələdir(gülür). Ən azından AL-i təmin etmiş olardıq. Çempionatımız btir. Kubokun finalı çıxacağıq ya yox, görəcəyik. İstirahət vaxtımız uzanacaq. Milli komanda da . Birinci mərhələdən başlamaq bizə çox böyük zərbə olardı. İstəyirdim ki, 2-ci turdan başlayaq.

- Azarkeşlərə iki kuboku söz verirsiz?

- Nə qədər demişəm ki, istəmirəm ikisini qazanım? Azarkeşlər məndən bunu tələb etmirlər. Onlar bilirlər ki, uğurlar istəyirəm. Futbol elədir ki, tələb çox da düzgün yanaşma deyil. Hamı titul qazanmaq istəyir. Bir-birimizi  dayaq olmalıyıq, uğurda da, uğursuzluqda da.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://sportal.az
archiveBu xəbər 06 Aprel 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri