Icma.az
close
up
RU
Bu, mənim işimə mane olur Qurban Qurbanov

Bu, mənim işimə mane olur Qurban Qurbanov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyunda "Şamaxı" ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.

Fanat.Az xəbər verir ki, o, səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları dilə gətirib:

"Futbolçularımı təbrik edirəm. Ayxan düzgün müdafiə qurmuşdu. "Şamaxı"ya qarşı oynamaq həmişə çətin olub.

Hər oyunumuz gərgin alınır. Sıx qrafikdə çıxış edirik. Hər zaman ilin sonlarına yaxın futbolçuların sağlıq durumundan narahat olmuşam. Oyunçularda avrokubok matçlarından sonra gərginlik daha çox idi. Ümumilikdə isə keyfiyyəti qoruyub saxlamağı bacardıq. Lakin ildən-ilə bu tempi qoruyub saxlamaq çətinləşir.

Leroy Mikels yaxşı oyunçudur. Mənim komandamda da belə oynayardı, ya yox, bu, sual altındadır.

Juninyonun ehtiyatda qalması daha çox öz istəyinə bağlıdır. İstirahət etməyə ehtiyacı olduğunu bildirdi və ona uyğun qərar qəbul etdim. Onun "Sevilya"ya mümkün gedişinə gəlincə, hər oyunçunun gedişi kollektiv üçün problemə çevrilir. Bu, əlbəttə ki, mənim işimə mane olur. "Sevilya" kimi klubdan təklif gəlib. Klubla danışıqlar gedir. Biz də heç bir futbolçuya az məbləğ ödəmirik. Deyə bilərəm ki, artıq Avropa bazarına çıxmışıq. Bu, yeni və perspektivli bir addımdır. Buna görə komandamıza kənardan diqqət daha da çoxalacaq və çempionatımıza maraq artacaq. Azərbaycan futbolunun belə bir bazarda iştirak etməsi həm klubumuz, həm də ölkə üçün böyük addımdır. Juninyo da bildirdi ki, bu məsələdə hər şey qaydasında olsa, sevə-sevə gedərəm.

Doğrudur, son oyunlarda əsasən yerli oyunçular fərqlənirlər. Yorğunluq amili ola bilər, hamısında bu hiss olunur. Toral, Nəriman və Musa isə görünür, daha dinc və istəklidirlər. Musa artıq təcrübəlidir. Toral da həmçinin. Nərimanda bir ara eniş var idi, ancaq sin vaxtlar həm məşqlərdə, həm oyunlarda özünü yaxşı tərəfdən göstərir, ondan da razıyam".

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri