Icma.az
close
up
RU
Qurban Qurbanov millimizin məğlubiyyəti haqda nə dedi?

Qurban Qurbanov millimizin məğlubiyyəti haqda nə dedi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Premyer-liqanın 14-cü turu çərçivəsində “Qarabağ” səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Əvvəlcə, futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək çox vacib idi. İstərdim ki, daha yaxşı oyun olsun. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Milli fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı. Futbolçular sona qədər oyunun içində oldular. Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik. Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram.
- Demək olar ki, meydana əsas heyətlə çıxmışdız. Bu, “Araz-Naxçıvan”ın liderliyi ələ keçirməsi ilə bağlı idi, yoxsa qarşıdakı “Lion”la matça görə belə qərar verdiz?
- “Araz-Naxçıvan”la bağlı heç bir düşüncə yox idi. Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlaması lazımdı.
- “Lion”la oyunun hazırlığı necə gedir? Bədavi Hüseynovun zədələnməsi planlarınıza necə təsir edəcək?
- Əlbəttə ki, onun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdı, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da, ustalıq keyfiyyəti yüksək olan futbolçuları var.
- “Qarabağ”ın futbolçularının millidəki oyununu necə dəyərləndirirsiz?
- Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardı. Çox da şərh etmək niyyətində deyiləm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq.
- Sizin milliyə baş məşqçi gətirilməyinizlə bağlı iddialar var. İcraiyyə Komitəsinin iclası da olacaq. İK-nin üzvü kimi, bu haqda nə deyə bilərsiz?
- Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardı. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyəsiz. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim “Qarabağ”dadı.
- Fernando Santuşun işini necə dəyərləndirirsiz?
- Buna da cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır.
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Noyabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri