Qurban Qurbanov məğlubiyyəti belə şərh etdi
Icma.az, Unikal.az saytına istinadən bildirir.
“Futbolçularımın çıxışından razı qaldım. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı çıxış edəcəyik”.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda “Sabah”a əlavə vaxtda 2:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, hakim idarəçiliyindən narazı qalmadığını söyləyib: “Hakimlər üçün belə oyunları idarə etmək olduqca çətindir. Futbolçuların da aqressivliyi başadüşüləndir. Mən onlarda bir qəbahət görmürəm. Belə matçlarda futbolçular da öz əsəblərini cilovlaya bilmirlər”.
Təcrübəli mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda möhtəşəm atmosferin olduğunu da vurğulayıb.
Baxış sayı:101
Bu xəbər 31 May 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















