Qurban Qurbanov: Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
"Ayxan Abbasov gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar. Futbolçularımız qələbə üçün sona kimi oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXXVI turunda qazanılmış 1:0 hesablı qələbədən sonra "Barselona"ya səfərindən danışıb: "Səfər zamanı "Barselona"nın bütün yaş qruplarının məşqində oldum. Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə. Baxmayaraq ki, geniş danışa bilmədik. Çox böyük klubdur. Onların vaxt ayırması asan deyildi. Ciddi klubdur. Öz prinsipləri var. İlk getdiyim vaxtda (Qvardiola dönəmində) ulduzlar daha çox idi. Həmin dövr komandanın ən yaxşı vaxtları idi. İndi də gənc və yaxşı futbolçuları var. Mənimçün ora getmək çox vacib idi. Əmin oldum ki, sistemi qurub saxlamaq çox vacibdir. Bunu icra edənlər sistemi sevməli və sadə şəkildə tapşırıqları yerinə yetirməlidir. Komandada adlı-sanlı oyunçuların olması vacib deyil. Çox şey götürdüm. Belə səfərlər böyük təcrübə, inam verir. Böyük klublarda öz komandanda istədiklərini görmək xoşdur. Maraqlı görüş alındı. Faydalı səfər oldu".
İdman.biz
Baxış sayı:135
Bu xəbər 24 May 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















