Icma.az
close
up
RU
Qurban Qurbanov: “Narazılığın həddi var”

Qurban Qurbanov: “Narazılığın həddi var”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Bakıda keçirilən matçda “Lion”a 1:4 hesabı ilə məğlub olub.

Futbolpress.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında iştirak edib. O, görüşlə bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, hesab böyük olsa da, sona qədər bizimlə oldular. Oyuna gəldikdə, əlbəttə ki, hesab üzücü görünür. İkinci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə fərqlənə bilir. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

– Yaradılan qol epizodları və buraxılan qollar… Bunun səbəbi ustalıq fərqidir, yoxsa bəxtsizlik?

– Bəxtsizlik demək.. Bu ifadəni çox az-az işlədirəm. Elə epizodlar var idi ki. İki topumuz dirəkdən döndü. Bilmirəm buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vurmalı olduğumuz halda, rəqib vurdu. Qəbul etməliyik ki, “Lion”un oyunçularının ustalıq səviyyəsi yüksəkdir. İlboyu bu tempdə oynayırlar. Daha çox ustalıq səviyyəsi deyərdim.

– 60-cı dəqiqədə 3 dəyişiklik etdiz, 63-68-ci dəqiqələrdə qollar buraxdınız. Bu dəyişikliklər komandaya mənfi təsir etdi?

– Oyunun gedişində dəyişiklik etmək mənim üçün ən çətin qərarlardan biridir. Udsaq da, uduzsaq da. Amma bəzi futbolçuların dinamikasına da fikir veririk. Müdafiədə, orta sahədə aktiv olmaq lazım idi. Rəqib də bundan istifadə etdi. İkinci qol sadəcə texniki səhvdən sonra oldu. Hansısa hücum qurmadılar. Ondan sonra futbolçular özünə gəlincə…”Lion” usta komandadır, üçüncü qolu gördük. Hər iki qoldan əvvəl biz fərqlənməli idik, rəqib fərqləndi. Epizodlarımız qol olmadı. Deməli bu gün məğlub olmalıydıq.

– Üç oyun qalıb, ikisi səfərdədir. Pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiz?

– Şanslar hələ qalıb. Oyunları görürsüz. İldən-ilə rəqiblərimiz bizə daha ciddi yanaşır, futbolun dinamikası, sürəti, ustalıq çox yuxarı səviyyədədir. Bunu etiraf etməliyik. Biz rəqiblərlə başabaş mübarizə aparmağa çalışırıq. Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. “Səbail”lə matçda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunumuzun sürətini aşağı saldı. Hakim də belə qarşılaşmalarda oyunu çox saxlayır. İstər-istəməz Azərbaycan futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Heç vaxt bunu məğlubiyyətlərimizdə səbəb göstərmirəm. İnkişaf üçün bunları daha da yaxşılaşdırmaq lazımdır. Rəqiblərə gəldikdə, ustalıq səviyyələri daha da yaxşılaşır. Çətin görünə bilər, üç oyunumuz qalıb. Niyə də yox? Sona qədər mübarizə aparacağıq.

– Juninyonun bugünkü performansından razısız?

– Razı qalmadım desəm, düzgün çıxmaz. Futbolçu hər oyunda eyni tempdə oynaya bilməz. Rəqibin oyunçularına da baxmaq lazımdır. Penalti heç, 4 yüz faizli qol epizoduna girdi. Bir hücumçu üçün belə komandaya qarşı bunu etmək az deyil. Belə rəqiblərə qarşı meydanda daha da hərəkətli olmaq lazımdır. Dəfələrlə futbolçularıma bunu bildirirəm.

– Yassin Benziyanı tez-tez əvəz etmirsiz. Amma bu gün etdiniz. Səbəbi nə idi?

– Matçın gedişatına görə dəyişiklik etdik. Oyun da əldən getmişdi. Sürətə ehtiyac var idi. Ona görə Addaini buraxdıq. Normal dəyişiklik idi.

– Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiz. Bu məğlubiyyətlərdən sonra oyunçuları danlayırsız? Hansı cəzaları tətbiq edirsiz?

– Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da. Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. İşimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın həddi var. Hansı formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. “Ayaks”, “Tottenhem”, “Lion” rəqiblərimizdir. Elə liqalardan gəlirlər ki… Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma bu cür inkişaf etməyi mən istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Səhv etsin. “Qarabağ” olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəmki, daha yaxşı olmaq, daha da böyümək lazımdır.

– TOP-5 ölkələri ilə fərqimizi izah etdiz. Bu gün Gürcüstan millisinin üzvü dubl etdi. Sizcə, nə vaxt bir azərbaycanlı hücumçu “Qarabağ”ın əsas hücumçusu kimi meydana çıxa bilər?

– Zaman göstərər. Deyəcək bir söz yoxdur. Biz özümüz hələ az girmişik bazara. Gürcüstanın prinsipi elə futbolçuları bu cür klublarda oynatmaqdır. Allah qoysa, bizdə də sayları çox olar.

– Kevin Medinanın ikinci qoldakı səhvi həlledici oldu. Meydanda sona qədər mübarizə aparır, amma gah qırmızı vərəqə alır, gah səhvə yol verir…

– Ola bilər ki, hansısa dəqiqələrdə bir az diqqətsizlik yaranır, futbolçunun çox aqressiv olması, belə epizodlara gətirib çıxarır. Oyuna çox istəkli yanaşırlar. Əgər oyuna 100 faiz hazirlaşırsansa, problemin olacaq. 50-60 faiz olsa, yenə problem yaranacaq. Ən optimal 80-90 faizdir. Rəqib də məcbur edir. Belə komandalara qarşı çətindir. Beyin yorulanda, düzgün qərar qəbul etmir. Açıq oda getdi, həzz alırdım. İkinci və üçüncü qol matçın tempini saldı aşağı. Ola bilər ki, çox istəkli olması, belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli olmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisi istifadə edir, kimisə istifadə etmir. Rəqib oyunçunun doqquzluğa düşməsi səviyyəsindən xəbər verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Noyabr 2024 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri