Icma.az
close
up
RU
Qurban Qurbanov: Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf edər

Qurban Qurbanov: Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf edər

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah səfərdə "Şelburn"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, oyunöncəsi keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- İlk olaraq bildirim ki, çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq, xoş sözlər demək olar. Çünki, komandanın oyunu canlı izləyərkən özünə xas bir oyun üslubunun olduğunu görürük və bu üslubu çox intizamlı yerinə yetirən futbolçular da var. Rəqibin oyun təcrübəsi baxımından üstünlüyü bizdən yüksəkdir. Onlar hazırda həm çempionatda,həm də Çempionlar Liqasında mübarizəni davam etdirirlər. Buna görə də, form baxımından bizdən daha yaxşıdırlar. Ancaq, hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq və sabahkı oyunda səhvsiz oynamağa çalışmalıyıq. İnanıram ki, azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burda az olacaq, lakin biz öz gücümüzü qoyacağıq. 

- Ən çox təhlükəni hansı istiqamətdən gözləyirsiz?

- İlk olaraq, çox istəklidirlər. Sürətli əks-hücumları və çox yaxşı hücuma hazırlaşan komandadır. Standart vəziyyətlərdən də təhlükəli olduqlarını deyə bilərəm. Sabah biz çalışmalıyıq ki, az səhv edək və beləliklə istədiyimiz nəticəni əldə edək. 

- "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir. Artıq, 11 ildir ardıcıl olaraq qrup mərhələlərində iştirak edir. Bu uğurun sirri nədir?

- Mən buna sirr deməzdim. Klub öz işinə çox məsuliyyətli yanaşır. Ona görə rəhbərlik səviyyəsində elə bir iş qurulub ki, hər il uğur qorunub saxlanılır. Əfsuslar olsun ki, hər dəfə düşündüyümüz nəticəni əldə edə bilmirik. Amma, bu 11 ildə qruplarda oynamaq həqiqətən bir uğur kimi düşünülə bilər. 

- Bir neçə il əvvəl İlandiyada "Dandolk"la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da eyni situasiya ilə qarşılaşsanız, buna münasibətiniz necə olar?

- Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf edər. Belə ki, Bakıdakı oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Ancaq, bizi sabah çox istəkli və intizamlı kollektivə qarşı oyun gözləyir. Mən bunu tərif olaraq demirəm. Bu gün onlar bunu haqq edirlər. Bu stadionda oynamaq heç də asan deyil. Sabahkı oyunda hər bir nəticə ola bilər. Hər bir halda, qalib cavab qarşılaşmasında bəlli olacaq. 

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 İyul 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri