Qurban Qurbanov: Səbail ilk qolu buraxdıqdan sonra risk etdi
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəqib ilk qolu buraxdıqdan sonra risk etdi.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Səbail"ə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, böyük hesabla qalib gəldikləri görüş barədə danışıb:
"Qələbə münasibəti ilə futbolçularıma təşəkkür edirəm və onları təbrik edirəm. Onlar bu gün çox yaxşı müdafiə olunurdular. Rəqib komanda birinci qolu buraxandan sonra risk etdi və biz bundan maksimum yararlandıq. "Səbail" Azərbaycan Kubokunun oyunununda da eyni formada mübarizə aparırdı. 70-ci dəqiqəyə qədər bunu bacardılarsa, demək ki, komandada nizam-intizam yerindədir. Heyətlərində olan sürətli futbolçuların sayəsində bizi əks hücumda yaxalayırdılar".
Qeyd edək ki, XVII turun görüşündə "Qarabağ" evdə "Səbail"ə 5:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 Fevral 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















