Icma.az
close
up
RU
Qurban Qurbanov: “Sumqayıt” yaxşı təşkilatlanmış komandadır”

Qurban Qurbanov: “Sumqayıt” yaxşı təşkilatlanmış komandadır”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Fasilədən sonra istər-istəməz oyunçular ritmdən düşür. Bu da gedişatda hiss olundu. Çox yaxşı, maraqlı oyun alındı. Yaxşı dinamika, mübarizə var idi. “Sumqayıt” yaxşı təşkilatlanmış komandadır. Oyuna fərqli sistemlə başladılar. Başqa cür hazırlaşmışdıq biz. Lakin getdikcə oyunu yaxaladıq. Meydanda əsl futbol atmosferi var idi.

– Rəqib baş məşqçi sizi sanki təbrik etmədi…
– Xeyr, edibdir. Səhv görmüsünüz.

– Montiel “Napoli” ilə oyuna nə dərəcə hazırdır?
– Düzdür, “11-lik”də olması çətin görünür. Bu gün ilk dəfə startda meydana çıxdı. 45 dəqiqə oynatmağı düşünürdük. Özünü yaxşı tərəfdən göstərdi. İdman formasını qaytarmağa vaxt lazımdır.  Startda olmasa da, gedişatda meydana çıxa bilər.

– Elvin Cəfərquliyev tam sağalmadığı üçün ehtiyatda idi?
– 2-3 gün olar düzəlib. İdman formasını bir az itirib.

– Ötən fasilədən sonra “Turan Tovuz”u, bu dəfə də “Sumqayıt”ı məğlub etdiniz. Qarşıdakı “Napoli” ilə matç ərəfəsində bu matça köklənmək çətin olmadı?
– İstərdim, 2-3 gün vaxtımız olar. Amma əfsuslar olsun, yoxdur. Çalışacağıq, yaxşı hazırlaşaq. Lazım olan elementləri futbolçulara göstərməyə çalışacağıq. İlk dəfə deyil bu hal yaşanır.

– “Sumqayıt”ın oyunçusunun qırmızı vərəqə alması ağır qərar idi?
– Ola bilər. Ümumiyyətlə, futbol kontakt oyunudur, aqressivdir. Emosiyaları bəzən qoruya bilməyə bilərsən. İstərdim ki, bəzən sərt qərarlar verilməsin. Ancaq qarşımıza elə qaydalar qoyurlar ki, səhv dediyimizi düşünürük. Ola bilər, qırmızı vərəqə qərarı səhv idi.

– Son zamanlar sanki emosional reaksiyalar verirsiniz. Bu, nə ilə bağlıdır?
– Həyatda emosional olmayan insan varmı?

– Həmişə təmkinli olmusuz…
– Bəzən ola bilər. Oyunun əvvəlində bir az emosional ola bilərəm. Amma sonra olmadı (gülür).

– Kaşuk qoldan sonra sanki axsayırdı…
– Deyəsən, ayağına zərbə olmuşdu.

– “Bu şəhərdə”nin konsertində sizi parodiya etmişdi. Buna münasibətiniz nədir?
– Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm.

– Kadinin yoxluğu “Napoli” ilə oyunda hiss olunacaq?
– Belə hallar olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız da yaxşı səviyyədə keçir. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.

– “Napoli” ilə oyunda əsas necə olacaq?
– Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.

– “Napoli” ilə oyunda sürpriz olacaq?
– Yaxşı mübarizə aparmağa çalışacağıq.

“Azərlotereya”nın “Sürətli Şans” lotereyasında 2 nəfər “Toyota Corolla” qazanıb Azər Bağırov: “Təcrübəsizlik öz sözünü deyir” "Kəpəz" Yevlax səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Premyer Liqada gərgin an: Əvəzləmək istədilər, futbolçu meydandan çıxmadı - VİDEO Azərbaycan millisinin beynəlxalq turnir üçün heyəti açıqlanıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://apasport.az
archiveBu xəbər 21 Noyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri