Icma.az
close
up
RU
Qurban Qurbanov: Traktor la yoldaşlıq oyunu keçirsək, çox şad olaram

Qurban Qurbanov: Traktor la yoldaşlıq oyunu keçirsək, çox şad olaram

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" Misli Premyer Liqasının 33-cü turunda öz meydanında "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Çoxdandır "Azersun Arena"da oynamırdıq. Bura qələbə ilə geri dönmək pis olmadı. Qarşımızda istəkli rəqib var idi. Daha baxımlı oyun ola bilərdi. Amma ən azından yaxşı mübarizə oldu. Meydanda 90 dəqiqə belə mübarizənin getməsi sevindiricidir.

- Bu gün 15 yaşlı Amin Rzayevə şans verdiniz. Növbəti oyunlarda da ona şans veriləcək?

- Xeyli vaxtdır bizimlə məşq edir. Bəzən milli komandaların düşərgəsində olanda məşqlərimizdən kənarda qalır. Hələ gəncdir. Maksimum yükləmələri qəbul edə bilmir. Perspektivi var deyə əsas komandaya cəlb etmişik. Yaşı az olsa da, fiziki göstəriciləri pis deyil. Formalaşması üçün ona vaxt lazımdır. Bir neçə mövqedə oynamağı bacarır. Belə oyunçuların olması bizim üçün vacibdir. Özündən çox şey asılı olacaq. Biz perspektivli hər futbolçu üçün şərait yarada bilərik. Digər məsələlər onların özlərindən asılıdır. Sevimli mövqeyi sol cinah müdafiəçisidir. Qarşıdakı oyunlarda da ona şans verəcəyik. "Zirə" ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi. Bu gün rəsmi oyun olduğu üçün həm sevincli, həm də həyəcanlı idi. Bizim qapılarımız hamı üçün açıqdır. 

- Ötən tur "Sabah"la oyundan sonra Bəhlul Mustafazadədən başqa bütün futbolçularla görüşdünüz. Bu da müzakirələrə səbəb oldu. Həmin anları necə şərh edərdiniz?

- Əgər problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək mənim üçün artıq olar. Biz neçə ildir Bəhlulla birlikdə çalışırıqsa, bütün matçlarda oynayırsa, görünən odur ki, bizim problemimiz yoxdur. Açıqlamaya da ehtiyac yoxdur.

- Dostunuz, həmkarınız Balakişi Qasımovun rəhbərlik etdiyi ictimai tv belə bir fikirlər səslənir ki, hakimlər sizə köməklik edir. Həqiqətən hakimlər sizə kömək edir, yoxsa İTV sizə qarşı qərəzlidir?

- Balakişi Qasımov mənim tanıdığım ən dürüst insanlardan biridir. İnanıram ki, o belə göstəriş versin. İctimai TV-yə gəlincə, orada qonaq olmayan jurnalist, futbol mütəxəssisi görməmişəm. İnsanların fikri azaddır. Bu, o demək deyil ki, Balakişi müəllim belə fikir formalaşdırmaq tapşırığı verib.

- Çempionluğu necə qeyd edəcəksiniz?

- Yəqin ki, hər il olduğu kimi bu il də klub rəhbərliyi yaxşı tədbir təşkil edəcək. Sadə formada tədbir olacaq.

- Mövsüm ərzində media ilə sıx əlaqədə olursuz. Futbolun inkişafında mətbuatın rolunu necə qiymətləndirirsiniz?

- Bir bir-birimizi tamamlamalıyıq. Sizin fikirləriniz, yazılarınız bizim üçün çox önəmlidir. Bu da inkişafın vacib hissəsidir. Həmişə mətbuatdan razı qalmışam. Futbolumuza dayaq olun. Əgər dəvət etsəniz, Azərbaycan mətbuatının 150 illik yubiley tədbirində də iştirak edərəm.

- "Azersun Holding"də baş verən rəhbər dəyişikliyinin kluba təsiri ola bilər?

- Bu barədə klubun rəhbərliyi açıqlama versə, daha yaxşı olar. Mənim bildiyim "Azersun Holding" rəhbərliyi daim daha yaxşısını etmək barədə düşünür. Abdolbari Gozal bəyə Allah rəhmət eləsin. Həmişə deyirdi ki, Heydər Əliyevə söz vermişəm, bu klubu Avropada daha yaxşı tanıtmaq üçün hər şeyi edəcəm. Təməli elə qoyulub ki, bu klub həmişə yaşayacaq. "Azersun Holding" rəhbərliyi hər zaman ən yaxşısını etməyə çalışacaq.

- Sizcə, "Qarabağ" - "Traktor" qardaşlıq matçının keçirilməsinin vaxtı çatıb?

- "Traktor"u ilk çempionluğu münasibətilə təbrik edirəm. Bu barədə hər hansı fikir bildirə bilməyəcəm. Böyük uğur əldə ediblər. Onlarla yoldaşlıq oyunu keçirsək, çox şad olaram. Yəqin ki, nə vaxtsa hər iki klubun rəhbərliyi bu barədə müzakirələr aparar. Biz də sevə-sevə oynamağa hazırıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 May 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see262

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see174

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see165

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see130

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see126

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see115

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri