Icma.az
close
up
RU
Qurban Qurbanov: “Ustalıq çox yuxarı səviyyədədir”

Qurban Qurbanov: “Ustalıq çox yuxarı səviyyədədir”

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından (1:4) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, böyük hesab olsa da, sona qədər bizimlə oldular. Oyuna gəldikdə, əlbəttə ki, hesab üzücü görünür. İkinci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə olur. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qaşrıdakı matçlara hazırlaşmalıyıq. Futbolçuları psixoloji hazırlayıb, pozitiv notlarla matçlar ahazırlayacağıq".

- Yaradılan qol epizodları və buraxılan qollar...Ustalıq fərqi, yoxsa bəxtsizlik?
- Bəxtsizlik demək... Bu ifadəni çox az-az işlədirəm. Elə epizodlar var idi ki, iki epizodumuz dirəkdən döndü. Bilmirəm buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vuracağımız halda, rəqib qol vurdu. Qəbul etməliyik ki, "Lion"un oyunçularının ustalıq səviyyəsi yüksək idi. İlboyu bu tempdə oynayırlar. Daha çox ustalıq səviyyəsi deyərdim.

- 60-cı dəqiqədə 3 dəyişiklik etdiz, 63, 68-ci dəqiqədə qol buraxdınız. Bu dəyişikliklər komandaya mənfi təsir etdi?
- Oyunun gedişində. Dəyişiklik etmək mənim üçün ən çətin qərarlardan biridir. Udsaq da, uduzsaq da. Amma bəzi futbolçuların dinamikasına da fikir veririk. Müdafiədə, orta sahədə aktiv olmaq lazım idi. Rəqib də bundan istifadə etdi. İkinci qol sadəcə texniki səhvdən sonra oldu. Hansısa hücum qurmadılar. Ondan sonra futbolçular özünə gəlincə... Usta komandadır, üçüncü qolu gördük. Hər iki qoldan əvvəl biz qol vurmalıydıq, rəqib vurdu. Epizodlarımız qol olmadı. Deməli bu gün məğlub olmalıydıq.

- Üç oyunumuz qalıb. İkisi səfərdədir. Pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Şanslar hələ qalıb. Oyunları görürsüz. İldən-ilə bizim rəqiblərimiz bizə daha ciddi yanaşırlar, futbolun dinamikası, sürəti, ustalıq çox yuxarı səviyyədədir. Bunu etiraf etməliyik. Biz rəqiblə başabaş mübarizə aparmağa çalışırıq. Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. "Səbail"lə oyunda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunumuzun sürətini aşağı saldı. Hakim də belə matçlarda oyunu çox saxlayır. İstər-istəməz Azərbaycan futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Heç vaxt bunu məğlubiyyətlərimizə səbəb göstərmirəm. İnkişaf üçün bunları daha da yaxşılaşdırmaq lazımdır. Rəqiblərə gəldikdə, ustalıq səviyyələri daha da yaxşılaşır. Çətin görünə bilər, üç oyunumuz qalıb. Niyə də yox? Sona qədər mübarizə aparacağıq.

- Juninyonun bugünkü performansından razısız?
- Razı qalmadım desəm, düzgün çıxmaz. Oyunçu hər oyunda eyni tempdə oynaya bilməz. Rəqibin oyunçularına da baxmaq lazımdır. Penalti heç, 4 yüz faizli qol epizoduna girdi. Bir hücumçu üçün belə komandaya qarşı bunu etmək az deyil. Belə rəqiblərə qarşı meydanda daha da hərəkətli olmaq lazımdır. Dəfələrlə futbolçularıma bunu bildirirəm. 

- Yassin Benziyanı tez-tez əvəz etmirsiz. Amma bu gün etdiniz. Səbəbi nə idi?
- Oyunun gedişatına görə dəyişiklik etdik. Oyun da əldən getmişdi. Sürətə ehtiyac var idi. Ona görə Addaini buraxdıq. Normal dəyişiklik idi.

- Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiz. Bu məğlubiyyətlərdən sonra oyunçuları danlayırsız? Hansı cəzaları tətbiq edirsiz?
- Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da . Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. İşimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın həddi var. Hansı formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayırıq. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. "Ayaks", "Tottenhem", "Lion"... Rəqiblərimizdir. Elə liqalardan gəlirlər... Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu ücr rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma belə inkişaf etməyi mən istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçularda istəyirəm ki, cəsarət olsun, istənilən rəqibin üzərinə getsin. Səhv etsin. "Qarabağ" olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb etmişəm ki, daha yaxşı olmaq, daha böyümək lazımdır.

- Top-5 ölkələri ilə fərqimizi izah etdiz. Bu gün Gürcüstan millisinin üzvü dubl etdi. Sizcə, nə vaxt azərbaycanlı hücumçu "Qarabağ"ın əsas hücumçusu kimi meydana çıxa bilər?
- Zaman göstərər. Deyəcək bir söz yoxdur. Biz özümüz hələ az girmişik bazara.Gürcüstanın prinsipi elə futbolçuları bu cür klublarda oynatmaqdır. Allah qoysa, bizdə də  olar. Sayları çox olar.

- Kevin Medinanın ikinci qoldakı səhvi həlledici oldu. Meydanda sona qədər mübarizə aparır, amma gah qırmızı vərəqə alır, gah səhvə yol verir...
- Ola bilər ki, hansısa dəqiqələrdə bir az diqqətsizlik yaranır, futbolçunun çox aqressiv olması, belə epizodlara gətirib çıxarır. Oyuna çox istəkli yanaşırlar. Əgər 100 faiz oyuna hazirlaşırsansa, matçda problemin olacaq. 50-60 faiz olsa, yenə problem yaranacaq. Ən optimal 80-90 faizdir. Rəqib də məcbur edir. Belə komandalara qarşı çətindir. Beyin də yorulanda, düzgün qərar qəbul etmir. Oyun da açıq getdi. Görüşdən həzz alırdım. İkinci və üçüncü qol matçın tempini aşağı saldı. Ola bilər ki, çox istəkli olmaq belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli llmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisə istifadə edir, kimisə istifadə etmir. Elə rəqibin oyunçunun "doqquzluğ"a düşməsi səviyyəsindən xəbər verir.

Xəqani Məmmədov: “Psixoloji üstünlük “Qarabağ”ın tərəfindədir” ÇL: Həftənin oyunçusu adına namizədlər açıqlanıb ÇL: "Borussiya"dan səfər qələbəsi, "Liverpul" "Real"ı məğlub etdi - YENİLƏNİB Konfrans Liqası: “Başakşehir” yenə xal itirdi - YENİLƏNİB Pyer Saj: “Xüsusi ssenari yoxdur”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Noyabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri