Ayntraxt Bakıda məşqə çıxmayacaq, Qurban Qurbanovun mətbuat konfransının vaxtı dəqiqləşdi
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayntraxt"(Frankfurt, Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə Almaniyada keçiriləcək.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” görüşü saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















