Avropanı gözləyən daha bir təhlükə
Icma.az bildirir, 525.az portalına istinadən.
Avropada anomal istilər və meşə yanğınları yeni təhlükəyə yol açıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, məhz bu məqamlar 2-ci Dünya Müharibəsindən qalma partlayıcı sursatların aktivləşməsinə səbəb olur.
Artıq Belçika, Almaniya, Niderland və Fransa ərazisində bir neçə güclü partlayış baş verib. Torpağın altında qalan sursat istinin təsirindən aktivləşir.
Məsələn, Fransada Bordo yaxınlığında meşə yanğınları söndürülərkən 2-ci Dünya Müharibəsindən qalma mərmi anbarı aşkarlanıb. Belçikada
Lyej yaxınlığında isə yerin altında qalmış anbardakı mərmilər partlamağa başlayıb.
Yeri gəlmişkən, bu il anomal istilər üzündən Avropada 34 minə qədər insan həyatını itirib. Onlardan 14 mini Almaniyanın payına düşür.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 24 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















