Icma.az
close
up
RU
Qurbanda ət neçəyə olacaq? “Bu il böyük qiymət fərqi var”

Qurbanda ət neçəyə olacaq? “Bu il böyük qiymət fərqi var”

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İyunun 6-7-i Azərbyacanda Qurban bayramı qeyd olunacaq. Ənənəvi Hər il olduğu kimi, bu il də insanlar qurbanlıq heyvan almağa hazırlaşır. Bəs həmin ərəfələrdə qurbanlıq sayılan heyvanların qiyməti necə olacaq?

“Yeni Sabah” bu barədə iqtisadçı Akif Nəsirli ilə danışıb.

O bildirib ki, bu məsələni şərtləndirən bir neçə amil var:

“Ümumiyyətlə, Azərbaycanda ət bahadır. Bütün heyvandarlıq məhsulları Azərbaycanda çatışmır və yerli tələbatı ödəyə bilmir. Ona görə də bu məhsullar ölkədə son 10 ildə qıt olub. Heyvandarlıq məhsullarının bollaşması üçün əlavə heç bir tədbir görülmür. Buna görə də qiymətlər ildən-ilə bahalaşır.

Ötən illə bu il arasında böyük qiymət fərqi var. İnflyasiya ət qiymətlərinə də təsir edib. Keçən il mal ətinin kiloqramı 12 manat idisə, bu il 15 manata qədər yüksəlib. Quzu əti isə 20 manatdır. Qurbanlıq heyvanların da qiymətinin ötən ilə nisbətən yüksək olması gözləniləndir.

Məsələnin başqa bir tərəfi də var: inflyasiya fonunda əhalinin gəlirləri azalır. Nominal gəlirlər ildən-ilə artsa belə, real dəyər azalır. Başqa sözlə, inflyasiya tərəfindən gəlirlərin azalan hissəsi bərpa oluna bilmir. Ona görə də əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Qəssab hədəfləyir ki, 200-300 kiloqram ət satsın. Ancaq reallıq onun 70-80 kilo ət satdığını göstərir. Əhali tələbatından 2-3 dəfə az ət alır. Bu da qiymətə əksinə təsir edir”.

A.Nəsirli vurğulayıb ki, ət qiymətlərinin normallaşdırılması üçün tələb olunan rəqabətli bazar yoxdur:

“Qiymətlər nə qədər baha olsa da, Qurban bayramı ərəfəsində bir o qədər də artır. Rəqabətli iqtisadiyyata malik olan ölkələri müqayisə etdikdə bayramda bir çox məhsulların ucuzlaşmasını görə bilirik. Məhsulların bahalaşmasına səbəb inhisarçılıqdır. Bütün sahələrdə bu var.

Ət istehsalında monopoliya nəzərə çarpmır. Çünki istehsalçı əhalidir. Monopoliya satışdadır. Bakıda ət satışı ilə məşğul olan şəxslər rayonların mal bazarından heyvanları alıb gətirib baha qiymətə satışa çıxarırlar. Fermerin öz malını Bakıda satmağa imkanı çatmır. Bu da onu göstərir ki, daxili bazarlar, satış mərkəzləri inhisardadır”.

Aytac Şahin


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri