Qurbanov: “Həddindən artıq ciddi olmalıyıq”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında “Qarabağ”ın rəqibi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib və rəqib İslandiyanın “Vestri” klubu barədə fikirlərini bildirib:
“Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır.
Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. “Vestri” barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Sabah”a, Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Neftçi”yə uğurlar arzulayırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Sentyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















