Icma.az
close
up
RU
Qurban Qurbanov: “Həddindən artıq soyuqqanlı olmalıyıq”

Qurban Qurbanov: “Həddindən artıq soyuqqanlı olmalıyıq”

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək öz yerində, özün düşüncəsi, qabiliyyəti öz yerində…Soyuqqanlı davranmağımız çox vacibdir. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk matçdakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən o oyunu düşünməli deyilik. Buradakı oyunda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabahkı oyunda oyundan qopmayaq, sona kimi soyuqqanlı davranraq, yaxşı nəticə üçün əlimizdən gələni edək”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının təsnifat mərhələsinin “Ferentsvaroş”la cavab görüşündən öncə keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– “Ferentsvaroş”un gücünü nəzərə alsaq, sabah “Qarabağ” daha çox nəticəyə hesablanmış oyun sərgiləyəcək?

– Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də ,Futbolçularda da yoxdur. Sadəcə sabah meydanda bizə lazım olanı etməyə çalışacağıq. Bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız daha baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mən daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizim hansı prboelm gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gözləyəcək, hansı basqını edəcək, onu sabah meydanda futbolçualr hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.

– Psixoloji tərəfdən futbolçuları oyuna hazırladırmaq çətin oldu?

– Ən vacib detallardan biridir. Səfərdəki oyundan sonra hamı sanki biz cütün qalibi kimi bizi görürlər. Bu da futbolçularda həyəcan yaradır. Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Bu rəqibə qaşrı oyundan çxısaq, oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən birinci yerlərdə psixoloji hazırlıq durur. Bunu bacardığımızı düşünürəm.

– 8 il əvvəl ‘Kopenhagen’lə oyundan öncə daha inamlı və rahat idiniz, yoxsa indi?

– Ümumiyyətlə, məşqçilik karyerası elədir ki, rahatçılıq burada mümkün deyil. Amma inam çox önəmlidir. İnamım var. O vaxtı da var idi, indi də inamım var. Rahatçılığım yoxdur.

– Azarkeşlərə sözünüz var?

– Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlike tməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də, onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.

– Nəriman Axundzadənin durumu nə yerdədir?

– Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.

– Hakim təyinatı bir qədər müzakirəyə səbəb olub. Bu müzakirərə, narahatçılığa əsas var?

– Mən tərəfdən narahatçılığım yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi…Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatçılıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.

– “Ferentsvaroş” Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?

– Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşıılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentailetdə idi. Robbi Kinin də hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hər iki komanda bizim üçün asan deyil idi. Hansısa fikir bildirsəm ki, əvvəlk indi güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımzıda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılma qistəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.

– Kamilo Duranın “Qarabağ”a keçidi doğrudur?

– Var. Doğrudur. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 26 Avqust 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see254

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see207

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see177

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see149

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see138

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see134

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see133

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see129

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see129

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see126

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see122

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see122

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see122

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see120

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see120

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see119

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see118

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see116

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see116

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri