Icma.az
close
up
RU
“Qurbanov səhvlərimə göz yumurdu, mənə çox dəstək olurdu”

“Qurbanov səhvlərimə göz yumurdu, mənə çox dəstək olurdu”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan milli komandası 2025-ci ildə ilk oyununu martın 22-də Haiti yığmasına qarşı
keçirəcək.

Futbolpress.az xəbər verir ki, müxtəlif illərdə azsaylı haitili futbolçu Azərbaycan Premyer Liqasında çıxış edib.

Onların içində ən tanınmışı və uğurlusu, şübhəsiz ki, Vild-Donald Geryedir. Ölkəmizdə daha çox “Qarabağ”ın heyətindəki yüksək səviyyəli çıxışı ilə yadda qalan 35 yaşlı müdafiəçi, həmçinin
“Neftçi” və “Zirə”nin də formasını geyinib.

Gerye Haiti millisinin heyətində 59 oyun keçirib, 10 qola imza atıb. 2023-cü ildən bəri yığmaya çağırılmayan sol cinah oyunçusu AFFA-nın mətbuat xidmətinə müsahibəsində qarşıdakı yoldaşlıq görüşü barədə fikirlərini bildirib. O, Azərbaycanda keçirdiyi illəri də yada salıb:

– Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq oyunu barədə nə deyə bilərsiniz?
– Çox sevinirəm ki, millimiz mənə doğma olan Azərbaycan kollektivi ilə qarşılaşacaq. Bizim çox yaxşı
futbolçularımız var. İndiki məqamda demək olmaz ki, hansı komanda güclü, hansı zəifdir. Maraqlı oyun alınacağına şübhə etmirəm. Matçın hansı axarda keçəcəyini, necə nəticələnəcəyini təxmin etmək çətindir. Azərbaycan millisi qələbə qazanmaq istəyirsə, çox çalışmalı olacaq. Çünki Haiti yığması heç də zəif deyil. Hər iki komandaya uğurlar arzulayıram. Onların ifasında maraqlı oyun izləmək istəyirəm. İnanıram ki, azarkeşlər həmin matçdan zövq alacaqlar. O ki qaldı hansı komandaya azarkeşlik edəcəyimə, hər iki komandanı dəstəkləyəcəyəm. Çünki Haiti də, Azərbaycan da mənim evimdir. Kim qalib gəlsə, onun dauğuruna sevinəcəyəm.

– Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Bu oyun həm Azərbaycan, həm də Haiti millisinə nə dərəcədə fayda verəcək?
– Fikrimcə, bu qarşılaşmanın Azərbaycan və Haiti yığmalarına faydası böyük olacaq. Qarşıdakı rəsmi oyunlara – dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından komandalar uğurlu rəqib seçiblər.

– Azərbaycanda “Qarabağ”, “Neftçi” və “Zirə”də çıxış etmisiniz. Haiti millisinin heyətində Azərbaycana qarşı oynamaq şansınız olmadığı üçün təəssüflənmirsiniz?
– Buna görə çox təəssüflənirəm. Hətta deyərdim ki, indi millidə olmadığım üçün peşmanam. Yığmada olduğum vaxtlarda Azərbaycana qarşı oynamaq şansım yaranmamışdı. Bu komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi üçün vaxtilə cəhdlər etmişəm. Ancaq bu, çox çətin prosesdir. Qarşıdakı matçda da iştirak edə bilməyəcəyim üçün məyusam.

– Oyunu izləmək üçün Azərbaycana gəlməyi planlaşdırırsınız?
– Təəssüf ki, həmin görüşü Azərbaycanda izləyə bilməyəcəyəm. Buna görə məyusam. Matçı stadiondan izləyənlər arasında olmağı çox istərdim. Şərhçi və ya qonaq qismində ora gəlmək gözəl olardı. Çünki Azərbaycana qayıtmaq mənim arzularımdan biridir. “Qarabağ” klubu inkişafımda böyük rol oynayıb. Həmçinin “Neftçi” və “Zirə”yə, onların azarkeşlərinə də təşəkkürümü bildirirəm. Azərbaycanda bir dəfə ilin ən yaxşı əcnəbi futbolçusu seçilmişəm. Karyeramın ən gözəl anlarını “Qarabağ”da yaşamışam. Orada qazandığımız uğurlar möhtəşəm idi. Futbolçu kimi böyüməyimdə töhfəsi olan Qurban Qurbanova da buradan salamımı göndərirəm. Azərbaycana fərqli mentalitetdən gəlmişdim, xasiyyətimdə də bəzi nöqsanlar var idi. Bu səbəbdən Qurban müəllim ora uyğunlaşmağım üçün mənə güzəştlər etdi. Onun tələbkarlığı həyatımda çox şeyi dəyişdi. Bir neçə dəfə intizamsızlıq etsəm də, baş məşqçi məni bağışlamışdı. Qurban Qurbanov bizə ata kimi idi. Səhvlərimə göz yumurdu, mənə çox dəstək olurdu.

– Azərbaycana gələn ilk haitili futbolçulardan birisiniz. Ölkəmizlə bağlı xatirələriniz necədir?
– Azərbaycanda gözəl günlər keçirdim, çox xoşbəxt idim. Orada olduğum illər ərzində heç vaxt nə bir təhlükə, nə də irqçiliklə rastlaşdım. Bu oyunda da feyrpleyə yüksək səviyyədə əməl olunacağına əminəm. Çünki Azərbaycan xalqından, oradakı azarkeşlərdən daim sevgi, xoş münasibət görmüşəm. Məni darıxmağa qoymurdular. Onların bu rəftarını heç vaxt unutmaram. Azərbaycan daim mənim qəlbimdədir. Əminəm ki, Azərbaycan xalqı, futbol azarkeşləri və yerli federasiya bizim futbolçuları yaxşı şəkildə qarşılayacaqlar. Bu, əsl dostluq oyunu olacaq. Azərbaycan barədə ancaq xoş sözlər deyə bilərəm. Övladım orada dünyaya göz açıb, qonaqpərvər və müasir ölkədir. Azərbaycanda beynəlxalq oyunlar zamanı meydanda və ondan kənarda xoşagəlməz hadisələr yaşanmır. Bu dəfə də neqativ heç nə olmayacaq. Hətta indidən deyə bilərəm ki, haitili futbolçular orada özlərini öz evlərindəki kimi hiss edəcəklər. Bunu onların özlərinə də demişəm. Gözəl ölkəyə gedəcəkləri barədə futbolçularımızı məlumatlandırmışam.

– Haiti millisi 2023-cü ilin oktyabrından bəri məğlub olmayıb. Komandanızın yüksəlişdə olması millimizin işini çətinləşdirə bilər?
– Razıyam ki, Haiti millisi hazırda yaxşı formadadır. Ancaq düşünürəm ki, daha yaxşı ola bilərlər. Çünki potensialları bundan da uğurlu nəticələr əldə etməyə imkan verir. Uzun müddətdir müsbət nəticələr qazanırlar, yüksəlişdədirlər. Oyun zamanı bunu özünüz də görəcəksiniz. Əlbəttə ki, Azərbaycan millisi də mübarizə aparacaq.

– Azərbaycan millisinin baş məşqçisi tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşdur. Sizcə, o, millimizə uğur qazandıra bilər?
– Fernandu Santuşu çox gözəl tanıyıram. O, dünya futbolunda sözünü demiş mütəxəssislərdəndir, uğurlu fəaliyyətini uzun illərdir həsədlə izləyirik. Onun Azərbaycan millisinə də xeyir verəcəyinə şübhə etmirəm. Sadəcə, bunun üçün zamana ehtiyac var.

– Haiti yığmasının heyətində hansı futbolçuları millimiz üçün daha təhlükəli hesab edirsiniz?
– Haiti millisi Frontdi Pyero kimi təhlükəli hücumçuya sahibdir. Düşünürəm ki, komandanız ona qarşı diqqətli olmalıdırlar. O, yüksək səviyyəli futbolçudur, millinin aparıcı üzvlərindən biridir. AEK klubunun heyətində Yunanıstanda çox yaxşı çıxış edir. Həmçinin Rikardo Ade də çox təcrübəli oyunçudur. O isə Ekvador çempionatındakı çıxışı ilə diqqət çəkir. Fiziki cəhətdən çox güclüdür. Onu bu göstəricilərinə görə “Qarabağ”dakı Kevin Medina ilə müqayisə edə bilərəm. Adeni hətta bir neçə il əvvəl “Qarabağ”a məsləhət görmüşdüm. Orta sahədə yer alan Denli Jan-Jakın da adını çəkə bilərəm. Gənc və istedadlı futbolçudur, yarımmüdafiə xəttində önəmli işlər görür. Bir sözlə, Haitinin heyətində çox yaxşı futbolçular var. Gənclər və təcrübəlilərdən ibarət möhkəm kollektiv formalaşıb. Azərbaycanlı futbol azarkeşləri də bunun canlı şahidi olacaqlar. Bəlkə də, bəziləri millimizin potensialının aşağı olduğunu düşünür. Ancaq Haiti yığmasının nəyə qadir olduğunu özünüz görəcəksiniz. Təbii ki, Azərbaycan millisi də keyfiyyətli, rəqibə problemlər yaradacaq futbolçulara sahibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see179

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see119

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri