Icma.az
close
up
RU
“Qurbanovun sehirli çubuğu” Ramilə üçüncü həyat verəcəkmi?

“Qurbanovun sehirli çubuğu” Ramilə üçüncü həyat verəcəkmi?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ramil Şeydayevin “Qarabağ”a üçüncü gəlişi rəsmiləşdi. Adətən, məşhur və mərhum akademik Püstəxanım Əzizbəyovun evlilik sayi ilə bağlı işlədilən lətifə ifadəsi təcrübəli hücumçuya da aid olundu. Amma futbol başqa, gündəlik həyat başqa.

“Qarabağ”da uğurlu oyun göstərən, uğursuz karyeradan sonra yenidən bu komandaya dönən futbolçuları çox görmüşük. Bəlkə hətta “11-lik” də qurmaq olar. Amma indi məsələ başqadı. Ramil Şeydayev ikinci qayıdışında da uğurlu ola biləcəkmi? O, ilk dəfə “Qarabağ”a gələndə də ağdamlılar Çempionlar Liqasında mübarizə apararırdı. Cəmi bir mövsümlük “Qarabağ” karyerasında 14 oyuna çıxan Şeydayev 1 qolla yadda qalmışdı. İkinci dəfə gələndə isə təxminən iki oyuna bir qol vururdu - 60 oyun, 29 qol. 2022/23 mövsümündə çempionatın bombardiri olan Ramil Şeydayev avrokuboklarda da vacib qollar vurmuşdu. Qurbanovun kameralara düşən qol sevincinə də elə o, səbəbkar olmuşdu - “Olimpiakos”la səfər oyununda Marselonu keçərək qapıya “raket göndərmişdi”. Bəs bu dəfə uğurlu ola biləcəkmi?
Uğursuz “Buriram Yunayted”, “Kocaelispor” və “Neftçi” karyerasından sonra bu onun böyük klublarda şon sansıdı. Aydındı ki, Qurban Qurbanov onu yenidən komandanın əsas fiquru, liderlərindən biri olacağına inandırıb. Bunun üçün isə ən azı mövsümün sonuna qədər özünü göstərməlidi. Yəqin ki, çempionatda daim oynamağa başlayacaq. Məşqlərdə də özünü yaxşı göstərsə, gələn mövsüm avrokuboklar üçün “Qarabağ”ın heyəti bir az da genişlənəcək. Ramil martda 30 yaşını tamamlayacaq. Az yaş deyil. Amma çox da deyil. Qurbanovun sehrli çubuğu ona “ikinci bahar”ı yaşada bilər. Hətta yenidən milliyə dönməsi də mümkündü. Sadəcə, özünü yenidən göstərməlidi. Təsadüfi deyil ki, müqavilə müddəti cəmi bir ildi. Ramil yayda yaxşı təlim-məşq toplanışı keçib. Hətta bəlkə “Qarabağ”ın futbolçularından daha çox çalışıb. Komandaya uyğunlaşmaqda da problem yaşamayacaq. Heyətdəkilərin çoxu ilə əvvəldən tanışdı. Onlar da Ramilə kömək edəcək. “Qarabağ” kimi klubda isə çempionat bombardiri olmaq elə də çətin məsələ deyil. Onun “tərcümeyi-hal”ında artıq belə uğur var.
Amma şər deməsən xeyir gəlməz - uğursuz da ola bilər. Son ayyarım, iki ayda komanda şəklində məşq etməyib. Məhz bu məqam ona problem yarada bilər. Komandada əvvəlki mehribanlıqla qarşılaşmayıb, psixoloji zərbə də ala bilər. Hazırda Duranı da saysaq, “Qarabağ”da dörd hücumçu var - Nəriman, Musa, Kamilo və Ramil. Qurbanov isə özünü göstərnə şans verəcək. Təbii ki, Ramili bacaracağına inandırıb. Bir sözlə, hər şey Şeydayevin öz əlindədi. Özünü sübut etməli, yeni şans qazanmalıdı. Buna məhkumdu. Yoxsa autsayder elita təmsilçiləri, 1-ci liqa klubları onun yolunu gözləyir.
Ramil iki mövsüm əvvəl “Qarabağ”ın yaşıl yarpağı idi. Hazırda payız dövründədi. Amma fəsillər dövran edir. Atalar necə deyib, “Çiçəyin vaxtı ötüb getsə də, yaxşı yarpaq yenə də yaşarar”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri