Icma.az
close
up
RU
Onun sehirli çubuğu

Onun sehirli çubuğu

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu gün tanınmış dirijor Azad Əliyevin 75 yaşı tamam olur.

Düz 12 il əvvəl, növbəti ad gününün ertəsi – martın 30-da dünyasını dəyişmiş Azad Əliyev musiqisevərlərin yaddaşında gözəl xatirələrlə yaşayır.

Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını  1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib.

Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 nömrəli musiqi məktəbindən başlayıb. A. Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

1974–1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının  simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972–1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olub. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışıb. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orkesttrlə müxtəlif konsertlərdə çıxış edib.

1992-ci ildən Ş. Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı. Pedaqoji fəaliyyətilə yanaşı, ifaçı kimi də fəaliyyət gəstərirdi. Eyni zamanda, BMA-nin Solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi.

1981–1985-ci illərdə xalq artisti, skripka ifaçısı Sərvər Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış edib. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlayıb.  

Azad Əliyev 2002-ci ildən Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış edib. 1994-cü ildən həyatının sonuna qədər Ş. Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi idi.

2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik orkestrinin və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ikinci dirijoru vəzifəsində çalışmış Azad Əliyev "Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirib. Onların əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir.

Tanınmış musiqi xadimi 2006-cı ildən həyatının sonuna qədər “Azteleradio” Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.

2012-ci ildə professor və əməkdar incəsənət xadimi adına layiq görülüb. 2014-cü ildə Bakı şəhərində vəfat edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Mart 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri