Icma.az
close
up
RU
Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir Elçin Axundzadə

Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir Elçin Axundzadə

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

15 İyun – Qurtuluş Günü Azərbaycanın müasir tarixində mühüm dönüm nöqtəsidir. Bu gün, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində ölkənin məhv olmaqdan xilas edildiyi gündür. Bu tarix təkcə siyasi qayıdış deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təməl daşıdır.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenidən bərpa etsə də, daxili çəkişmələr, siyasi xaos və Qarabağda davam edən müharibə nəticəsində ölkə iflic vəziyyətinə düşmüşdü. Dövlətçilik təhdid altına düşmüş, vətəndaş qarşıdurmaları təhlükəli həddə çatmışdı.

Belə bir məqamda xalqın yeganə ümidi Naxçıvanda siyasi fəaliyyət göstərən və öz prinsipial mövqeyi ilə seçilən Heydər Əliyev idi. 1993-cü ilin iyun ayında xalqın təkidi və Ali Sovetin dəvəti ilə Bakıya gələn Heydər Əliyev qısa müddətdə sabitliyi bərpa etdi, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan dövləti birləşdirdi və siyasi idarəetmədə peşəkarlığın əsasını qoydu. Onun uzaqgörənliyi, cəsarəti və siyasi iradəsi Azərbaycanı məhv olmaqdan xilas etdi.

Heydər Əliyevin rəhbərliyi altında Konstitusiya qəbul olundu, ordu formalaşdırıldı, neft strategiyası müəyyənləşdirildi və Azərbaycan beynəlxalq aləmdə tanınan, etibarlı tərəfdaşa çevrildi.

Bugünkü Azərbaycan Heydər Əliyev irsinin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və ən nəhayət 30 il davam edən Qarabağ münaqişəsinin hərbi-siyasi yollarla həll olunmasına nail oldu.

2020-ci ilin Vətən müharibəsi – Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və güclü ordunun nəticəsi idi. O, yalnız torpaqları azad etmədi, həm də xalqın tarixi ədalətini bərpa etdi.

Qurtuluş – yalnız keçmişin deyil, həm də sabit və güclü gələcəyin zəmanətidir.

Milli Qurtuluş Günündən başlanan şərəfli inkişaf yolu Azərbaycanı daim parlaq tarixi nailiyyət və qələbələrə doğru aparır. Bu şərəfli yolu bu gün müvəffəqiyyətlə Heydər Əliyevin siyasi varisi İlham Əliyev davam etdirir. 

Yaşasın Azərbaycan!

Politoloq, Birinci Qarabağ müharibəsi veteranı, Magen David Azərbaycan - İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin xüsusi koordinatoru Elçin Axundzadə öz adından və Cəmiyyətin sədri David Seliverstov adından Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri