Icma.az
close
up
RU
Milli Qurtuluş Günü tariximizin dönüş nöqtəsidir

Milli Qurtuluş Günü tariximizin dönüş nöqtəsidir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın müstəqillik tarixi bir tərəfdən qürurverici və şanlı, digər tərəfdən isə böyük sınaqlar və faciələrlə doludur. 15 İyun – Milli Qurtuluş Günü isə bu tarixdə dönüş nöqtəsi, xalqın öz taleyinə sahib çıxmasının və dövlətin məhv olmaq təhlükəsindən xilas olmasının simvoludur. Bu gün, əslində, təkcə siyasi liderin hakimiyyətə qayıdışı deyil, həm də xalqın öz xilaskarına inamının və sabit, güclü dövlətə doğru atılan qətiyyətli addımın ifadəsidir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, bu illər heç də arzuolunan sabitlik və inkişafla müşayiət olunmadı. AXC-Müsavat cütlüyünün səriştəsiz və avantürist idarəçiliyi ölkəni dərin siyasi, iqtisadi və sosial böhranlara sürüklədi. Dövlətçilik ənənələri pozuldu, silahlı dəstələrin hökmranlığı, regionlarda separatizmin baş qaldırması, cəbhədə ardıcıl məğlubiyyətlər və əhalinin səfalət içində yaşaması Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qoydu. Belə bir ağır və taleyüklü zamanda xalqın səsi yalnız bir ünvanı çağırdı – Ulu öndər Heydər Əliyevi. Çünki Azərbaycan cəmiyyətində artıq belə bir ümumi fikir formalaşmışdı: bu ölkəni böhrandan çıxara biləcək, xalqı arxasınca aparmağa qadir yeganə lider yalnız Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndərin 1993-cü ilin iyununda Bakıya qayıdışı və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə yeni bir mərhələnin başlanğıcı oldu. Qısa müddət ərzində dövlətçiliyin əsasları möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin olundu, ordu quruculuğuna start verildi, Azərbaycanın beynəlxalq mövqeyi bərpa edildi. Heydər Əliyevin siyasi uzaqgörənliyi, prinsipial mövqeyi və böyük idarəçilik təcrübəsi ölkəni anarxiyadan çıxarıb sabitliyə, sabitlikdən isə inkişaf və tərəqqi yoluna apardı. Ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabr prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanması, onun xalqa verdiyi vəd – “Həyatımın qalan hissəsini xalqıma xidmətə həsr edəcəyəm” – siyasi iradəsinin, fədakarlığının və vətənə olan sədaqətinin sübutu idi. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü təkcə siyasi böhranın qarşısının alınması ilə deyil, həm də Azərbaycanın gələcəyinin xilası ilə əlamətdar oldu. Əgər Heydər Əliyevin qətiyyətli liderliyi olmasaydı, bu gün müstəqil Azərbaycan dövləti dünya siyasi xəritəsində yer almaya bilərdi. Bugünkü qüdrətli, sabit və inkişaf edən Azərbaycan dövlətinin təməlində məhz 15 İyun Qurtuluş Günü dayanır. Bu gün həm də dövlətçiliyin, xalq-iqtidar birliyinin və vətənə sədaqətin təntənəsidir. Tariximizin bu əlamətdar gününü qeyd etməklə biz təkcə bir liderin yox, bütün xalqın müdrikliyini və gələcəyə olan ümidini xatırlayırıq. Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu gün həmin yol uğurla davam etdirilir. Azərbaycanın hərbi-siyasi uğurları, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və işğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işləri 15 İyunun tarixdə nə qədər mühüm yer tutduğunu bir daha sübut edir. Ulu öndər Heydər Əliyev təkcə bir lider deyildi – o, millətin qürur simvolu, dövlətçilik məktəbinin banisi, suverenliyin qəhrəmanı idi. Onun Bakıya dönüşü – bir siyasi vətənə dönüş idi. Xalq bu dönüşü “qurtuluş” adlandırdı. Və tarix bu adı təsdiqlədi. Əslində, Heydər Əliyevin həyatı boyu gördüyü bütün işlər bir vəsiyyət idi. Gələcək nəsillərə, Azərbaycan gəncliyinə, dövlət məmurlarına, əsgərə, müəllimə – bu xalqın hər bir nümayəndəsinə ünvanlanmış böyük bir dövlətçilik vəsiyyəti. Azərbaycanın müstəqilliyi əbədi olmalıdır. Ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan güclü dövlətə çevrilməlidir. Xalq öz lideri ətrafında birləşməlidir. Bu vəsiyyətlərə sadiqlik isə cənab Prezident İlham Əliyevin siyasi missiyası oldu. O günlərdən düz 30 il keçdi. Və tarix göstərdi ki, Ulu öndər Heydər Əliyevin vəsiyyətinə ən layiqli cavab onun yetirməsi – cənab Prezident İlham Əliyev tərəfindən verildi. Onun rəhbərliyi ilə Azərbaycan cəmi bir neçə il ərzində sabitlik adasına çevrildi. Regional gücə, sonra isə beynəlxalq platformalarda hörmət edilən aktora çevrildi. 2020-ci ildə 44 günlük müharibədə tarixi Zəfər qazanaraq torpaqlarını azad etdi. Bu, sadəcə hərbi qələbə deyildi – bu, Ata vəsiyyətinin yerinə yetirilməsi idi. Cənab Prezident Zəfər çıxışında demişdir: “Biz bu Zəfərlə təkcə torpaqlarımızı deyil, tariximizi, ruhumuzu, inamımızı, ata vəsiyyətimizi də azad etdik.” Beləcə də Qurtuluşdan Zəfərə –hətta tarixə sığmayan yol başladı. Yəni, 1993-cü il – dövlət quruculuğunun başlanğıcı, 2003-cü il – inkişafın və vəsiyyətə sadiqliyin yeni mərhələsi, 2020-ci il – Zəfər, 2023-cü il – suverenliyin tam bərpası oldu. Bu xətt yalnız dövlətin taleyini deyil, xalqın ruhunu da dəyişdi. Azərbaycanlı özünə qayıtdı. Şəhidlərin ruhu rahatlıq tapdı. Qayıdışlar başlandı. Yollar çəkildi, bayraqlar ucaldı. Və bu gün – 15 iyun 2025-ci il tarixində – artıq “qurtuluş” sözünün mənası daha dərindir. O, həm də “vəfalılıq” sözüdür. Ulu öndər Heydər Əliyevə, onun ideyalarına, onun vəsiyyətinə və Azərbaycan xalqına olan sədaqətin simvoludur. Əgər bu gün Ulu öndər Heydər Əliyev bu xalqın suveren Şuşada qürurla dalğalanan bayrağını görsəydi, gözləri yaşarardı. O, bu zəfəri ömrü boyu arzulamış, bu vətənin azad gələcəyi üçün çalışmışdı. Bu gün biz onun ruhu qarşısında baş əyərək deyirik. Sizin vəsiyyətiniz yerinə yetirildi. Azərbaycan bütövdür. Azərbaycan qalib dövlətdir. Ulu öndərin dediyi kimi; “Gələcək nəsillər bu tarixi daha dərindən dərk etdikcə, bizim nə qədər böyük yol keçdiyimizi daha yaxşı anlayacaqlar.” Yekun olaraq deyə bilərik ki, 15 İyun – Milli Qurtuluş Günü təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyə aparan yolun başlanğıcıdır. Hər bir azərbaycanlı bu günün mənasını dərindən anlamalı, onun tarixdəki yerini qorumalı və Ulu Öndərin ideyalarına daim sadiq qalmalıdır.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri