Icma.az
close
up
RU
Qurtuluş günündə ADY vətəndaşları Qazaxa SÜRƏTLİ QATARLA SEVİNDİRİB VİDEO

Qurtuluş günündə ADY vətəndaşları Qazaxa SÜRƏTLİ QATARLA SEVİNDİRİB VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

15 iyun Milli Qurtuluş Günü Azərbaycan Dəmir Yolları öz sərnişinlərini sevindirməyi bacardı. Belə ki, həmin gün daha bir tarixi an yaşanaraq Bakıdan Qazaxa ilk dəfə yeni sürətli qatar yola düşdü. Yeni Bakı-Qazax  qatarının ilk sərnişinləri vətəndaşlarımızla yanaşı, media və mətbuat nümayəndələri, o cümlədən Azərbaycan Dəmir Yolları rəsmiləri oldu.

Avtosfer.az saytı olaraq biz də bu səyahətdə iştirak etdik. Əməkdaşımız erkən saatlardan Bakı Dəmiryol Vağzalında media nümayəndələri və vətəndaşlarla birlikdə qatara minib. Saat 8:00-da yola düşən qatar Biləcəri, Ucar,Ləki, Yevlax, Goran, Gəncə    , Dəllər, Qovlar, Tovuz, Ağstafa stansiyalarında dayanaraq son istiqamət kimi Qazaxa yola düşüb. 13:36-da qatar Qazax stansiyasına çatıb. Bundan sonra şəhər özünün ilk sürətli qatarı ilə gələn sərnişinlərinə qovuşub. ADY rəsmiləri, nəqliyyat eksperti Rauf Ağamirzəyev və media nümayəndələrinə açıqlamalarla çıxış edib.

Saytımıza müsahibəsində ADY-nin Sərnişin Daşımaları departamentinin müdiri Azər Fərəcov deyib ki, yeni qatar 5 il əvvəklki qatarlardan daha tez Qazax stansiyasına çatır:

“Gün ərzində Qazaxa 2 qatar təşkil ediləcək. Eyni zamanda Qazaxdan Bakıya doğru da eyni vaxtlarda 2 qatarın hərəkət etməsi nəzərdə tutulub. ADY-nin dinamik qiymət siyasətinə əsasən tənzimlənən biletlərin minimum qiyməti 16,2 manat olacaq. Bəzi biletlərin qiymətinə həm də qidalanma da daxildir. İsveçrənin “Stadler” şirkətinin qatarları ilə artıq 10000 sərnişin artımı gözlənilir. Bütün istiqamətlərdə sərnişin tələbatına uyğun olaraq, müşahidələr aparılır və mərhələli olaraq qatarların sayı artırılır.gələcəkdə də bu istiqamətdə ehtiyac yarandığı təqdirdə həmin məsləyə də baxılacaq və müvafiq qərar qəbul olunacaq”.

 Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu istiqamətdə təşkil edilən yeni qatarlar rayonda yeni iqtisadi aktivliyə səbəb olacaq:

"Ümumi olaraq dəmir yolu daşımaları komfortlu və sürətlidir. Hər yeni məntəqənin əlavə olunması yeni fürsətlər yaradır və yeni iqtisadi aktivliyə səbəb olur. Düşünürəm ki, ümumi olaraq bu hadisə regionlararası inteqrasiyaya da müsbət təsir edəcək".

Tədbirdən sonra iştirakçılar üçün ziyafət təşkil edilib. Daha sonra saat 16:20-də üzü Bakıya yenidən sürətli qatarla yola düşülüb. Axşam saat 21:49-da qatar Bakı Dəmiryol Vağzalına çatıb.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri