Icma.az
close
up
RU
Qurtuluşdan Zəfərə gedən yolun memarı

Qurtuluşdan Zəfərə gedən yolun memarı

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün taleyüklü hadisə, dövlətçiliyimizin xilasa gedən yolunun başlanğıcı oldu. O zaman xalqımız üzərinə düşən məsuliyyətin böyüklüyünü dərindən dərk edirdi. Hamı anlayırdı ki, səriştəsiz hakimiyyətlər nəticəsində dövlət müstəqilliyimiz itmək təhlükəsi ilə qarşı-qarşıya qalıb və yeganə çıxış yolu xilaskar liderin seçilməsidir. 3 oktyabrda xalq yekdilliklə Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da bu günkü qüdrətli dövlətimizin təməlləri qoyuldu.Hələ sovet dönəmində respublikaya rəhbərlik etdiyi illərdə milli dövlətçilik düşüncəsini, azərbaycançılıq ruhunu yaşadan Ulu Öndər Heydər Əliyevə xalqın sevgisi güclü idi. Xalqın bu sevgisi və çağırışı onu yenidən vətənə gətirdi. Əgər o illərdə dahi şəxsiyyət dövlət rəhbərliyinə dəvət edilsəydi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər ağır sınaqlar xalqımızın taleyinə yazılmaya bilərdi. 1993-cü ildə xalq öz iradəsi ilə Heydər Əliyevi hakimiyyətə gətirərək müstəqil dövlətimizin ilk dəfə olaraq əsl güclü rəhbərlik və möhkəm mərkəzi hakimiyyətlə tanış olmasına şərait yaratdı.Onun prezident seçilməsindən sonra ölkədə vətəndaş həmrəyliyi təmin edildi, sabitlik bərpa olundu, Qarabağda atəşkəs əldə edildi, ordu quruculuğuna ciddi diqqət yetirildi. Qısa müddət ərzində real və güclü silahlı qüvvələr formalaşdırıldı. Məhz bu əsaslar sonradan Vətən Müharibəsində qazanılan Zəfərin başlanğıc nöqtəsini təşkil etdi.Ulu Öndər Heydər Əliyevin əsas məqsədi Azərbaycanda hüquqi və demokratik dövlət qurmaq idi. Onun rəhbərliyi ilə siyasi-hüquqi islahatlar başladı: ilk parlament seçkiləri keçirildi, çoxpartiyalı sistem yarandı, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Mətbuat üzərində senzura ləğv olundu, məhkəmə-hüquq islahatları həyata keçirildi, Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı yaradıldı. İnsan hüquq və azadlıqları dövlətin ali məqsədi elan olundu, qadınların dövlət həyatında rolunun artırılmasına geniş imkanlar açıldı. Bütün bu addımlar nəticəsində Azərbaycan həqiqi mənada demokratik-hüquqi dövlətə çevrildi.Milli ideologiyanın yaradılması da onun dövlətçilik siyasətinin vacib tərkib hissəsi idi. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, azərbaycançılıq dövlətçiliyin, milli-mənəvi dəyərlərin və ümumbəşəri dəyərlərin vəhdətidir. Ulu Öndərin "Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı hər bir soydaşımıza milli kimliyimizlə qürur duymağı aşıladı və azərbaycançılıq məfkurəsini gücləndirdi.Dahi lider qlobal düşüncəsi, uzaqgörən siyasəti, ensiklopedik biliyi və diplomatik istedadı ilə yalnız Azərbaycanda deyil, bütün dünyada “siyasət nəhəngi” kimi tanınırdı. Onun qoyduğu möhkəm dövlətçilik təməli vəsiyyət kimi varisinə ötürüldü. Prezident İlham Əliyev həmin yolu ləyaqətlə davam etdirərək Azərbaycanı daha da gücləndirdi. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfər, Qarabağda həyata keçirilən antiterror əməliyyatları nəticəsində suverenliyin tam bərpası məhz Heydər Əliyevin qoyduğu əsasların davamı oldu.Bu gün Azərbaycana qarşı çıxan hər kəs bilməlidir ki, dövlətimiz Heydər Əliyev siyasəti üzərində möhkəmlənib və bu siyasət əbədi olaraq davam edəcək. Onunəzizxatirəsiisəxalqımızınyaddaşındaəbədiyaşayacaq.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri