Icma.az
close
up
RU
“Quru sərhədlərinin bağlanması Gürcüstanda yaşayan vətəndaşlarımız üçün...”

“Quru sərhədlərinin bağlanması Gürcüstanda yaşayan vətəndaşlarımız üçün...”

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Bu ilin oktyabrın 1-də Gürcüstan Parlamenti "Miqrasiya haqqında" yeni qanun qəbul edib. Gürcüstan parlamenti 2025-ci ilin iyun ayında, və sonrakı aylarda, Law on Labour Migration (Əmək miqrasiyası haqqında qanun) və Law on the Legal Status of Aliens and Stateless Persons (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında qanun) qanununda geniş dəyişikliklər qəbul edib”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Razı Abasbəyli deyib. 

İqtisadçı bildirib ki, bundan sonra xarici vətəndaşın Gürcüstanda işləməsi üçün sadəcə vizalı olması kifayət etməyəcək:

“Yeni qanuna görə ayrıca əmək fəaliyyəti üçün icazə (“work permit” və ya “right to engage in labour activity”) alması tələb olunacaq. Eyni zamanda bu icazənin alınması ilə yanaşı, müvafiq yaşama icazəsi (residence permit) və ya D1 tipli viza kimi status da tələb olunacaq. Qanun mərhələli şəkildə qüvvəyə minəcək. Misal üçün, 1 mart 2026-cı il tarixindən etibarən bu yeni sistemin əsas hissəsi qüvvəyə minəcək. Yeni qanunda cəza və nəzarət mexanizmləri gücləndirilir. Bundan sonra icazəsiz işə görə həm işçi, həm də işəgötürən üçün ağır cərimələr nəzərdə tutulur”. 

Onun sözlərinə görə, bütün bunlar da son zamanlar Azərbaycandan Gürcüstana gedən qara işçi qüvvəsinin artmasının qarşısını almaq üçün edilir: 

“Son 2 ilin statistik məlumatlarına əsasən Azərbaycandan Gürcüstana tikinti, otel, aqrar sektorda işləməyə gedənlərin sayı 2 dəfədən çox artıb. Sərhədlərin bağlı olması Azərbaycan vətəndaşları üçün ciddi problemlər yaradacaq. Çünki oturma izni (3 aylıq vizasız) bitdikdən sonra vətəndaşlarımız aşağı büdcə ilə Azərbaycana daxil olub yenidən Gürcüstana gedə bilmir. Nəticədə yeni qanunun tələblərinə görə cərimələnir və kütləvi olaraq deport edilirlər. Bundan sonra Azərbaycan vətəndaşı Gürcüstanda işləmək istəyəcəksə, sadəcə tələbə vizası və ya yaşayış icazəsi kifayət etməyəcək. Yeni qanunla Azərbaycan vətəndaşının “right to engage in labour activity” (əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yaradan status) icazəsi olmalıdır. Qanunun tətbiqi mərhələli olduğundan Azərbaycan vətəndaşları qısa zamanda yeni qaydalara uyğun status almalıdırlar. Lakin Sərhədlər bağlı olduğuna görə hazırda Gürcüstanda olan azərbaycanlılar ölkəni tərk edib yenidən daxil ola bilmir, icazəni uzatmaq üçün tələb olunan çıxış-giriş prosedurunu yerinə yetirə bilmir. Nəticədə Azərbaycan vətəndaşları qeyri-qanuni statusa düşür. Bu isə cərimə və deportasiya riski yaradır. Hazırda Gürcüstandan Azərbaycana kütləvi olaraq deport edilənlərin olduğu barədə xəbərlər dolaşır. Təbii ki, bu da iqtisadiyyatımıza yeni ziyan vudan faktdır. Xaricə gedən hər bir vətəndaş potensial olaraq Azərbaycana valyuta yollayan gücdür. Və sadəcə 6 aylıq statistikaya görə 2025-ci ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana pul köçürmələri 17,4 milyon dollardan 18,1 milyon dollara qədər artıb. Təsəvvür edin quru sərhədləri açılsa bu rəqəm azı 2 dəfə arta bilər. Amma Gürcü hökuməti də bunun fərqindədir və yeni qanun qəbul edib. Bizim vətəndaşların isə o qanundan qorunmaq üçün tək çıxış yolu var - quru sərhədlərindən giriş-çıxış edə bilmək”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri