Icma.az
close
up
RU
Deputat quru sərhədlərinin bağlı qalmasından YAZDI

Deputat quru sərhədlərinin bağlı qalmasından YAZDI

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Təəssüf ki, hazırda Yaxın Şərqdə, konkret olaraq İran və İsrail arasında davam edən gərginlik region üçün ciddi narahatlıq doğurur. Azərbaycanın da yerləşdiyi coğrafiyada hərbi münaqişələrin sarsıdıcı təsirlərini tarix boyu görmüşük. Elə bu baxımdan da bu gün ölkə rəhbərliyinin zamanında və uzaqgörən qərarlarının əhəmiyyətini bir daha dərk edirik.

Cənab Prezident İlham Əliyevin quru sərhədlərin bağlı qalması ilə bağlı qərarı bir daha sübut etdi ki, bu, təkcə pandemiya ilə bağlı müvəqqəti tədbir deyil, eyni zamanda milli təhlükəsizlik strategiyasının vacib elementidir. Bu gün həmin qərar ölkəmizin suverenliyini və daxili sabitliyini qorumağa xidmət edir.

Quru sərhədlərin bağlı olması bir çox baxımdan ölkəmizi mümkün təhdidlərdən sığortalayır:

 Birincisi, regionda sabit olmayan vəziyyətin, qanunsuz keçidlərin, qeyri-qanuni silah və fikir axınının qarşısı alınır;

 İkincisi, potensial təxribat və informasiya müharibəsi risklərinə qarşı qoruyucu sədd rolunu oynayır;

  Üçüncüsü, bu addım Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin və sosial rifahının prioritet olduğunu göstərir.

Bu fonda, Prezident İlham Əliyevin bir neçə il əvvəl dediyi “Biz hər hansı bir sərhədi tələsik açmaqla təhlükəyə yol aça bilmərik” fikri bir daha təsdiq olunur. Dövlətimizin mövqeyi aydındır: Azərbaycan dövlətçiliyi və xalqının təhlükəsizliyi hər şeydən öndə gəlir.

Biz daim sülhün tərəfdarıyıq, ancaq eyni zamanda müharibə riski daşıyan bölgələrdə baş verən hadisələrə qarşı ayıq-sayıq olmalı, milli təhlükəsizliyi təmin edən qərarları daim dəstəkləməliyik.

Bu baxımdan, quru sərhədlərin bağlı saxlanılması bir strateji ehtiyat tədbiri deyil, real təhlükələrin qarşısının alınması üçün tətbiq edilən dövlətçilik təcrübəsidir. Vətəndaşlarımız bunu başa düşür və anlayışla qarşılayır.

Fatma Yıldırım

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 İyun 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri