Icma.az
close
up
RU
QURU SƏRHƏDLƏRİNİN BAĞLI QALMASININ FAYDASI... TƏHİLİL

QURU SƏRHƏDLƏRİNİN BAĞLI QALMASININ FAYDASI... TƏHİLİL

Icma.az bildirir, Mia.az portalına istinadən.

Azərbaycanın iki əsas qonşusu İran və Rusiya bu gün real müharibələrin içərisindədir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda, İran–İsrail gərginliyi də artıq açıq toqquşma mərhələsinə keçib. Hər iki cəbhədə vəziyyət gündən-günə daha da gərginləşir.

Xüsusilə İran daxilində ciddi narahatlıq müşahidə olunur. İsrailin intensiv hücumları və İranın eyni şiddətdə cavab zərbələri vəziyyəti daha da qəlizləşdirir. Sosial panika, iqtisadi çöküş, ərzaq və enerji çatışmazlığı ehtimalı, hərbi çağırışdan yayınma halları, eləcə də etnik və dini azlıqların təşvişə düşməsi regionu kütləvi miqrasiya riski ilə üz-üzə qoyur.

Artıq yüzlərlə İran vətəndaşı Pakistan və Türkiyəyə üz tutmağa başlayıb. Pakistanla sərhəddə yaranan izdiham o qədər böyüyüb ki, rəsmi İslamabad sərhədlərini bağlamağa məcbur qalıb. Türkiyənin sərhəd bölgələrində də vəziyyət fərqli deyil. Belə bir kontekstdə İranın qonşusu olan Azərbaycan da bu problemin birbaşa hədəfinə çevrilə bilər.

Lakin rəsmi Bakı bu təhlükəni zamanında və düzgün şəkildə qiymətləndirərək özünü bu riskdən sığortalayıb. 2020-ci ildən bəri Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin pandemiya dövrü artıq geridə qalsa da, sərhədlərin açılmaması, əslində, yeni bir təhlükəsizlik mərhələsinin başlanğıcına işarə edir. Reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir.

Müharibələrin yaratdığı hibrid təhdidlər və miqrasiya riskinin artması göstərir ki, bu qərar ölkənin milli təhlükəsizliyi üçün strateji zərurətdir. Sərhədlərin açılması bu məqamda bir sıra ciddi problemləri aktuallaşdıra bilər. İranla sərhəddə baş verə biləcək mümkün miqrasiya dalğası Azərbaycanda humanitar, siyasi, təhlükəsizlik və sosial-iqtisadi sahələrdə əlavə gərginliklərə yol aça bilər. Minlərlə insanın birdən ölkəyə daxil olması müvəqqəti yaşayış, səhiyyə, ərzaq təminatı və təhlükəsizlik sistemlərini yükləyə, hətta iflic edə bilər. 44 günlük müharibənin ardından ölkədə bərpa prosesi və “Böyük Qayıdış” layihəsi hələ yekunlaşmayıb. Belə bir həssas dönəmdə yeni və kütləvi axın dövlətin mövcud resurslarını kritik şəkildə zorlayar.

Hazırda Azərbaycanın iqtisadi imkanları, sosial təminat sistemi və dövlətin planlaşdırma gücü ölkə əhalisinin real sayına və ehtiyaclarına uyğun tənzimlənib. Əhalinin qəfil və plansız şəkildə artması bu sistemi sarsıda bilər.

Digər tərəfdən, İran daxilindəki xaotik vəziyyətdən istifadə edən müəyyən dairələr, xüsusilə xüsusi xidmət orqanları, öz agentlərini mühacir görüntüsü altında Azərbaycana yerləşdirməyə cəhd göstərə bilər. SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli şəxslərin ölkəyə daxil olaraq təxribat, casusluq və ideoloji təsir mexanizmləri qurmaq ehtimalı tamamilə realdır. Habelə Yaxın Şərqdə fəaliyyət göstərən silahlı şiə qrupları da mülki axınlar arasında gizlənərək sərhədi keçə bilərlər.

Bütün bu risklərə baxmayaraq, quru sərhədlərinin uzun müddətdir bağlı qalması bəzi daxili dairələr və xarici media tərəfindən “təcridçilik”, “avtoritarizm” və ya “soydaşlara arxa çevirmək” kimi təqdim edilir. Bu yanaşmalar mövcud geosiyasi təhlükəsizlik reallıqlarını nəzərə almayan səthi və emosional yanaşmalardır.

Burada əsas məsələ sərhədlərin açıq və ya bağlı olması deyil, onların nə zaman, necə, hansı təhlükəsizlik təminatları ilə açılacağıdır. Məsələn, Rusiya-Ukrayna müharibəsi zamanı yüzlərlə ukraynalı və rus qonşu ölkələrə axın etdi. Bu ölkələr arasında Gürcüstan ən çox təsirlənənlərdən biri oldu və hələ də bu axının sosial-siyasi nəticələrini aradan qaldırmağa çalışır.

Əgər quru sərhədlərin açılması ilə bağlı addımlar atılacaqdısa, bu, yalnız daha sabit bir mərhələdə mümkün olardı. Lakin İran–İsrail qarşıdurması artıq soyuq müharibə mərhələsini keçib və real hərbi toqquşmalara çevrilib. İran ərazisindən atılan raketlər, İsrailin cavab zərbələri, region ölkələrini bu münaqişəyə cəlb etmək cəhdləri göstərir ki, Cənubi Qafqazda təhlükəsizlik tampon zonaları yaratmaq bu gün hər zamankından daha zəruridir.

Təəssüf ki, ictimaiyyətin müəyyən hissəsində belə bir təəssürat formalaşıb ki, sərhədlər daim qapalı qalacaq. Halbuki Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, sərhədlər yalnız təhlükəsizlik zəmanətləri bərpa olunduqdan sonra açılacaq. Bu, məqsəd yox, vasitədir ölkənin suverenliyini, daxili sabitliyini və strateji mövqeyini qorumağa yönəlmiş müvəqqəti tədbirdir.

Onu da deyim ki, sərhədlərin bağlı qalması nə beynəlxalq hüquqa ziddir, nə də qeyri-insani addımdır. Əksinə, bu, xalqını qorumağa çalışan məsuliyyətli və uzaqgörən dövlətin qərarıdır. Qlobal miqyasda bir çox inkişaf etmiş ölkə o cümlədən Avropa dövlətləri oxşar tədbirlərə əl atmaqdan çəkinmir. Azərbaycan isə bu riski daha əvvəl görüb və qabaqlayıcı addım atıb.

Nəticə olaraq, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təcridçilik deyil, idarəolunan təhlükəsizlik siyasətidir. Azərbaycan dünya ilə tam inteqrasiya olunmuş ölkədir. Bu qərar yalnız hibrid müharibələrin və qeyri-ənənəvi təhdidlərin artdığı bir dövrdə dövlətin öz suverenliyini və sabitliyini qorumaq üçün qəbul etdiyi zəruri tədbirdir.

Turan Rzayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see227

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see220

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see128

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see111

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri